“Prezidentimizin çıxışı təcavüzkar Ermənistana ağır və sarcıdıcı zərbə oldu” – MİLLƏT VƏKİLİ

“Ölkəmiz  hər zaman Ermənistan- Azərbaycan münaqişəsinin sülh, danışıqlar yolu ilə tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsində maraqlıdır. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildrir və işğalçı dövlətin münaqişənin sülh yolu həllində maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, ATƏT-in Minsk qrupunun, həmsədrlərin fəaliyyəti qaneedici, qənaətbəxş deyil və Azərbaycan xalqı onların fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş, müsbətə doğru addım yoxdur”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə,  bu baxımdan, BMT Baş Assambleyasının 72-ci sessiyasında  ölkə Prezidenti İlham Əliyevin çıxışı həm Ermənistan, həm də beynəlxalq birlik üçün ciddi mesajdır.

“Ölkəmizin rəhbəri çıxışında bildirdi ki, Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Bunun üçün isə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra olunmalıdır.   Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır”-deyən E. Səlimov qeyd edib ki,  işğalçı, təcavüzkar Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır:

“Ölkəmiz, xalqımız isə belə vəziyyətin davam etməsini qəbuledilməz sayır. Ona görə də, beynəlxalq birlik, o cümlədən BMT, ATƏT və digər beynəlxalq qurumlar konkret nəticələrə hesablanmış addımlar atmalıdırlar”.

Millət vəkili həmçinin bildirib ki,  cinayətkar Ermənistanın prezidenti də BMT-də şər və böhtan dolu çıxış etdi:

“Serj Sarkisyan mövcud reallıqları təhrif etməyə cəhd göstərdi və Azərbaycana qarşı iftiralar atmaqla saxta, böhtan dolu  çıxış etdi. Amma erməni yalanları artıq dünyada ciddi qəbul olunmur və artıq bu gedişlə qəbul olunmayacaq da. Prezidentimizin BMT-də çıxışı isə bir daha informasiya müharibəsində təcavüzkar Ermənistana ağır və sarcıdıcı zərbə oldu…”-deyə, o, sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Avropa məktəbi şagirdləri istedadlı, ya zəif deyə ayırmadan onlara ümumi əsaslarla dərs verir” – DEPUTAT

Read Next

Seçkilərin qalibi yenə Merkel oldu – YEKUN NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir