Prezidentimizin xoş məramı hər kəs tərəfindən adekvat dəyərləndirilməlidir – GÖVHƏR BAXŞƏLİYEVA YAZDI

Möhhtərəm Prezidentimiz İlham Əliyev  cəmiyyət tərəfindən səbirsizliklə gözlənilən əfv sərəncami imzaladi və bununla da yüzlərlə ailəyə, minlərlə insanlara hədsiz sevinc bağışladı, o taylı, bu taylı Azərbaycanımızın ustad şairi, Seyid Məhəmmədhüseyn Şəhriyarın sözləri ilə desək, “açılmayan könülləri şad etdi”.

Allah heç kimi bağlı qapı arxasında qoymasın. Həyatın keşməkeşli yollarında nə vaxtsa büdrəmiş, aldanmış, səhv etmiş, qanunu pozmuş, cinayət törətmiş şəxslər ali mərhəmət və humanizm prinsipləri rəhbər tutularaq əfv ediliblər.

Qədim yunan filosofu Sokratdan soruşanda “İnsanlıq nədir?”, o: “Əfv etməyi bacarmaqdır” cavabını vermişdi.

CDQ-ilya

Bu mənada Prezident İlham Əliyevin əziz bayramımız Novruz öncəsi atdığı addım xalqımızın əsrlərlə formalaşmış mədəni ənənələrinə söykənən mənəvi böyüklüyün bariz nümunəsidir, yüksək humanizm aktıdır. Bunu təqdir etmək, yüksək dəyərləndirmək siyasi mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın borcudur.Çox istərdim ki, məhz bu əfv sərəncamı cəmiyyətimizdə sülh, birlik, həmrəylik və barış ab-havasını gücləndirsin, hər-hansı narazılıqlar, um-küsü, qarşıdurmalar, qərəz, şər, böhtan geridə qalsın, xalqımızın bütün kəsimi siyasi baxışlarından asılı olmayaraq vahid ideya-azərbaycançılıq ətrafinda sıx birləşsin. Milli mənafelər və dövlətçilik maraqlari hər şeydən üstün tutulmalıdır.

Bu çağdaş Azərbaycanimiz ucun həyati əhəmiyyət daşıyan məsələdir. Milli birlik və ictimai-siyasi sabitlik hər vəchlə qorunmalıdır.Yol vermək olmaz ki hər hansı narazılıqlar və ya şəxsi ambisiyalar cəmiyyətimizi parçalasın, bundan da xalqımızı və ölkəmizi gözü götürməyən qüvvələr istifadə etsin, hər hansı məsələdə bizə təzyiq etsin, mövqeyimizi beynəlxalq aləmdə zəiflətsin. Böyük Füzulimizin sözləri yada düşür: “Dərd çox, həmdəm yox, düşmən qəvi, tale zəbun”.

ALIK INSANOV-3

Vahid xalq olaraq hamımızın qarşısında olduqca ağır problem dayanır-ərazi bütövlüyümüzün bərpası, müstəqilliyimizin qorunub yaşadılması, ölkəmizin hərtərəfli inkişafi. Fərd olaraq bir-birimizə düşmən kəsilmək, sosial şəbəkələrdə olmazın təhqir və böhtanın yağdırmaq, beynəlxalq təşkilatlara donoslar yazmaq nəyə və kimə lazımdır?

Bu qarşıdurma yalnız düşmən dəyirmanına su tökür, bizi bir xalq və ölkə olaraq zəiflədir. Hesab edirəm ki, bu gün tarixi şəraitin özü, xalqımızın üzləşdiyi ciddi sınaqlar “nə etməli?”  sualının cavabını bizə diqtə edir.

Bu cavab isə Azərbaycanın müstəqilliyini möhkəmlətməkdən, işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdan, sosial-iqtisadi inkişafi surətləndirərək Azərbaycanı sivil dünyanın ayrılmaz hissəsinə çevirməkdən ibarətdir. Əgər biz ümummilli mənafeni ən ümdə vəzifəmiz hesab ediriksə, siyasi ehtiraslarin cəmiyyəti parçalamasına imkan verməməliyik.

govhar-oxu-2

Odur ki vahid xalq olaraq prezident İlham Əliyevin ətrafinda six birləşərək irəliyə doğru getməliyik.

Gövhər BAXŞƏLİYEVA,

Akademik, millət vəkili

Read Previous

“Qüdrətli Azərbaycan abidəsi!” – JALƏ ƏLİYEVANIN BAXIŞI

Read Next

Vergi Məcəlləsinə növbəti dəyişiklik – KOMİTƏ SƏDRİ İZAHAT VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir