Prezidentimizin yarışı izləməsi mənə əlavə qüvvə verdi – HİDAYƏT HEYDƏROV – FOTOLAR

Bu mənim cüdo üzrə böyüklər arasında dünya çempionatında ilk medalımdır. Yarımfinalda rəqibim dünya çempionu Soiçi Haşimoto idi. Təəssüf ki, güclü yaponiyalı idmançı məndən üstün oldu.

Prezidentimiz İlham Əliyevin yarışı izləməsi mənə əlavə qüvvə verdi. Bürünc medal uğrunda mübarizədə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gəldim. Bakıda medal qazandığım üçün çox sevinirəm. Bu, karyeramda ən böyük uğurumdur.

hida-1

cudo-20

Etikxeber.az xəbər verir ki, bu sözləri  Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı Hidayət Heydərov deyib.

Yarımfinalda məğlubiyyətinin səbəbləri barədə danışan cüdoçumuz qeyd edib ki, rəqibi yarışlara yaxşı hazırlaşmışdı.

Mən isə gərgin keçən görüşün sonunda artıq yorulmuşdum”, – deyə Hidayət Heydərov bildirib.

Etikxeber.az

Read Previous

Heydərovun bürüncü – PREZİDENT VƏ AİLƏSİ QARŞILAŞMANI İZLƏDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Rafael Hüseynov AŞPA-nın Gürcüstanda keçiriləcək komitə iclasında iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir