Prezidentin 100+7 günü! – KAMİL HƏMZƏOĞLU YAZDI – RƏYLƏR

Eldar İBRAHİMOV: İlham Əliyev 15 illik hakimiyyəti dövründə olduğu kimi, bu yüz günlük müddətdə də hər bir azərbaycanlının- özü də dünyanın harasında yaşamasından asılı olmayaraq – prezidenti olduğunu nümayiş etdirdi…

Eldəniz SƏLİMOV: Bizim bir xalq və dövlət kimi şansımız, bəxtimiz isə onda gətirdi ki, Heydər Əliyev kimi xilaskarımız oldu və onun kursunu böyük səbr, əzm, iradə ilə davam etdirən  İlham Əliyev kimi lidermiz var. Onlar hər ikisi bu xalqının şansıdır. Cənab prezidentinin 100 günlük dövrü də bir daha bu deyilənlərə əyani sübut, bariz nümunədir…

Bu ilin aprel ayının 11-də Azərbaycanda növbəti-8-ci prezident seçkiləri keçirildi.

Azərbaycan növbədənkənar aprel seçkiləri ilə daha bir seçki prosesini geridə qoydu.Budəfəki, alternativ əsaslarla, 8 nəfər namizədin iştirakı ilə keçirilən seçkilərdə yenə də  son 3 seçkinin-2003, 2008 və 2013-cü il seçkilərinin qalibi – hakim Yeni Azərbaycan (YAP) sədri və  prezidentliyə namizədi İlham Heydər oğlu Əliyev parlaq qələbə qazandı.O, 11 aprel seçkilərində də bütün rəqiblərini geridə qoyaraq, Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini qazandı və 86, o2 faizlə yenidən-4-cü dəfə Aərbaycan Respublikasının prezidenti seçildi.Azərbaycan xalqı 1993-cü ilin yayından ölkədə davam Heydər Əliyev siyasətinə, bu siyasətin  layiqli davamçısı İlham Əliyevə etimad göstərdi, növbəti dəfə ona ölkəyə rəhbərlik mandatı verdi.

 Seçkilər ərəfəsində və səsvermə günündən sonra çeşidli planlar çızan, ssenarilər yazan bəzi dairələrin növbəti cəhdləri isə yenə baş tutmadı, bütün gözləntilər son 24-25 ildə olduğu kimi, fiaskoya, məhvə məhkum oldu.

and-ilya 

Bir sıra dairələr seçkilərin nəticələrinin tanınmayacağını, legitimlik probleminin yaranacağını-hətta, ATƏT, Avropa Şurası parlament assambleyalarının müşahidə missiyalarının hesabatlarının bu prosesə necə dəyərlər, “siyasi-hüquqi baza” formalaşdıracağını zənn etsələr də, hər şey gözlədiklərinin əksinə oldu. Adıçəkilən qurumların birgə yaydıqları hesbatlarına rəğmən, onların ən üst qurum rəhbərlərindən – Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Şurasının baş katibi Torbyorn Yaqland və ATƏT rəhbərliyindən İlham Əliyevə təbrik məktubları gəlməyə başladı. Eyni zamanda, təxminən eyni gündə dünyanın 3 nəhəng ölkəsinin liderindən-ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpindən arda-arda İlhm Əliyevə ünvanlanmış təbrik məktibları gəldi. Hər 3 liderin təbrik məktubunda  Azərbaycanla və onun lideri İlham Əliyevlə növbəti mərhələdə də əməkdaşlıqdan məmnunluq ifadə olundu.  Bunun ardınca Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Tereza Mey, Türkiyə przidenti Rəcəb Tayyib Ərdoğan, İran İslam Respublikasının prezidenti Həsəni Ruhani və digər dövlət başçıları tərəfindən ölkə prezidentinə ünvanlanan təbrik məktubları bir-birini əvəzlədi.

Seçkilərdən cəmi 6 gün sonra -aprelin 17-də Konstitusiya Məhkəməsinin Plenumu 11 aprel seçkilərinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiqlənməsi ilə bağlı qərar çıxardı və İlham Əliyev rəsmən 11 aprel seçkilərinin qalibi elan olundu. Onun səhərisi günü, aprelin 18-də  Azərbaycan prezidenti İlham Əliyevin Milli Məclidə (MM) andiçmə mərasimi keçirildi və qeyd edək ki, bu,  onun parlamentdə keçirilən ikinci andicmə mərasimi idi. İ. Əliyev Azərbaycan Konstitusiyasına və “Quran”a əl basaraq and içdi və geniş nitq söylədi. Nitqində də bildirdi ki,  həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və bu dəstək ona güc verir.”Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”-deyə, sonra vurğuladı. Beləliklə, aprelin 18-dən İ. Əliyevin 4-cü hakimiyyətlik dönəmi rəsmən başlamış oldu.

***

novruz-basss

Bu gün, 26 iyul tarixində də bizləri seçkilərdən 107, dövlət başçısının and içərək,  prezidentlik fəaliyyətinə başlamısından 100 gün ayırır.Bu yerdə xatırladaq ki, dünyanın bir çox dövlətlərində də prezidentin ilk 100 günü xüsusi önəm daşıyır. Prezidentlərin 100 günü deyilən bir termin də artıq siyasi leksikonda bərbərar olmaqda, oturuşmaqdadır. Bu baxımdan, ötən əsrin 90-ci ilərindən Azərbaycanda da prezidentin 100 günü məsələsi cəmiyyətin, medianın, siyasi kəsimin diqqət mərkəzində olan məsələlərdən birinə çevrilib. Bəs görəsən, dövlət başçısının 4-cü prezidentlik dönəminin ilk yüz günü nələrlə, hansı əlamətdar hadisələrlə yadda qaldı? Bu dövrdə cəmiyyətimizdə və ətrafımızda ölkəmizlə bağlı hansı önəmli məqamlar yaşandı?

Yeni hökumət və ya…

Bu yöndə ilk olaraq İ. Əliyev prezidentliyinin elə günlərində, Konstitusiyanın ona verdiyi səlahiyyətlərdən istifadə edərək Artur-Rasi-zadənin 22 ildən artıq bir dönəmdə rəhbərlik etdiyi Nazirlər Kabinetini istefaya göndərməsini qeyd etmək yerinə düşərdi. Andiçmə mərasimindən cəmi 3 gün sonra, aprelin 21-də ölkə prezidenti A.Razi-zadəyə Azərbaycan dövləti və dövlətçiliyi qarşısında  xidmətlərinə görə minnətdarlıq ifadə etdi və Prezident Administrasiyası (PA) rəhbərinin müavini, son 21 il ərzində Administrasiyanın Xarici əlaqələr şöbəsinə rəhbərlik edən tanınmış dövlət xadimi Novruz Məmmədovun Azərbaycanın yeni baş naziri kimi təsdiqlənməsi ilə bağlı MM-ə məktub ünvanladı. Elə həmin gün, 21 aprel tarixində MM-in növbədənkənar iclasında N. Məmmədovun baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi. Bundan cəmi bir neçə saat sonra Nazirlər Kabinetinin yeni tərikibinin formalaşdırılması ilə bağlı ölkə prezidentin sərəncamı imzalandı. Həmin sərəncamla baş nazirin müavinlərindən ikisi də daxil olmaqla, bir neçə nazir və komitə sədri istefaya göndərildi, onlar yeni və nisbətən gənc kadrlarla əvəz olundu. Aprelin 23-d isə “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə” yönündə yeni sərəncam verildi və bununla da əksəriyyəti yeni üzvlərdən ibarət olan Nazirlər Kabitetinin formalaşdırılması prosesi sona yetdi.

xacmazzzzz-1

xacmazzzzzzz-4

xacmazzzzz-3

ILHAM ALIYEV-NAXCIVAN

naftalan

goran-ilham

Bununla yanaşı,  dövlət başçısının ötən 15 illik hakimiyyəti müddətində hər zaman böyük diqqət mərkəzində saxladığı Azərbaycan regionlarına növbəti səfərləri gerçəkləşdirildi. İ. Əliyev  konkret olaraq, mayın 4-də Xızı və Xaçmaz, iyunun 5-də Goranboy və Naftalan rayonlarına,  mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərlər etdi və bir sıra önəmli obyektlərin açılışlarına qatıldı.

mey-ilya

Bununla bərabər, ölkə prezidentinin bu qısa müddətdə bir neçə aparıcı ölkəyə rəsmi və işgüzar səfərləri baş tutdu. Bu sırada onun aprelin 26-da Böyük Britaniyaya baş tutan səfərini, TANAP-ın açılış mərasimi ilə bağlı 12 iyun tarixli Türkiyə səfərini, bir çox yerli və xarici nüfuzlu siyasi mərkəzlər tərəfindən də antiazərbaycançı qüvvələr zəfər kimi qiymətləndirilən 10-13 iyul tarixli Brüssel səfərini və son, 19-20  iyul tarixlərində gerçəkləşdirilən Fransa səfərini qeyd etmək olar. Qeyd edək ki, Böyük Britaniyaya səfəri gedişatında da onun və baş nazir Tereza Meyin iştirakı ilə Dövlət Neft Şirkəti – SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında tarixi saziş imzalandı.

axc-ilham-1

Həmçinin, qeyd edək ki, ötən yüz gün ərzində Azərbaycan dövləti və xalqının tarixində bəlkə də əsrlərlə yaddaşlardan silinməyəcək  əlamətdar hadisələr yaşandı. Belə ki,  mayın 28-də müstəqil Azərbaycan dövlətinin-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının yüz illiyi rəsmi dövlət səviyyəsində qeyd olundu. Dövlər başçısı həmin gün tənnətəli qəbul mərasimi keçirdi və çıxışında bir da Cümhuriyyət qurucularına öz ehtiramını ifadə etdi, “Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır…”-deyə, vurğuladı.

ilham-cenub

Həmin tarixi günün səhərisi-mayın 29-da daha bir tarixi anlara şahidlik edildi. Ölkə prezidentinin iştirakı ilə mayın 29-da nəinki regionun, bütövlükdə dünyanın enerji təhlükəsizliyində önəmli yerə malik olan Cənub Qaz Dəhlizinin (CDQ) Səngəcal terminalında rəsmi açılış mərasimi düzənləndi. İ. Əliyev çıxışında “Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır…”-deyə, söylədi.

Yenə həmin, mayın 29-da 38 ölkədən 312 neft-qaz şirkətinin iştirak etdiyi, Belarus, İtaliya və Rusiyanın isə tədbirdə milli qruplarla təmsil olunduğu  XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi  keçirildi, sərgiyə dövlət başçısı İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyeva da qatıldı.

heydar-95

Mayın 10-da müstəqil Azərbaycan dövlətinin yaranmasında böyük və tarixi xidmətləri olmuş  Heydər Əliyevin 95 illiyi ilə bağlı təntənəli mərasim keçirildi. Həmin mərasimdə çıxşı zamanı dövlət başçısı “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir…”-deyə, bildirdi. Həmin gün, 10 may tarxində Milli Məclis də mərhum dövlət başçısına öz dərin ehtiramını göstərərək, xüsusi iclasını ona həsr etdi. Bunun davamı olaraq,  yəni, mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı növbəti humanist addım atıldı. Dövlət başçısının mayın 24-də imzaladığı növbəti əfv sərəncamı ilə daha 634 məhbus azadlığına qovuşdu.

İyunun 9-da  Azərbaycan, Bakı  daha bir möhtəşəm tədbirə, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinə evsahibliyi etdi.“Ortaq gələcəyin qurulması” mövzusunda keçirilən sammitdə  dövlət başçısı İlham Əliyevin Bakı sammitinin iştirakçılarına ünvanladığı təbrik məktubunu oxundu.

tanappp

İyunun 12-də isə Azərbaycan prezidenti Türkiyənin Əskişəhər şəhərində bir sıra dövlət başçılarının da qatıldığı, yəni,  TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təşkil edilmiş təntənəli mərasimdə iştirak etdi.  TANAP-ı  “yeni qan damarı” adlandıran dövlət başçısı bunun iki dost və qardaş dövlət, Azərbaycanın və Türkiyənin birgə səyləri və iradəsi nəticəsində gerçəkləşdirildiyini də sözlərinə əlavə etdi.

paradddd

Ən əlamətdar hadisələr sırasında təbii ki, Azərbaycan Ordusunun yaranmasının yüz illiyi və bununla bağlı 26 iyun Milli Ordu Günündə Bakı şəhərində, Azadlıq meydanında tarixi Hərbi Paradın keçirilməsi də dayanır. Həmin gün Azərbaycan xalqı ilə yanaşı bütün dünya Azərbaycan ordusunun bir daha gücünə, qüdrətinə şahidlik etdi. Hərbi Paradda da ölkə başçısı önəmli mesajlar verərək, belə bir paradın-QƏLƏBƏ PARADInın gələcəkdə-tezliklə Azərbaycanın işğal altında qalan ərazilərində də keçiriləcəyini bəyan etdi.

***

zakir-prez

Yenə Gəncə…

3-4 iyul və 10 iyul tarixlərində baş verən, yaşanan hadisələr, atılan addımlar isə Azərbaycan dövlətinin və dövlətiçiliyinin nə qədər güclü və etibarlı əllərdə olduğunu bütün dünyaya nümayiş etdirdi. İyulun 2-dən 3-nə keçən Mingəçevirdə yerləşən “Azərbaycan” İES-dəki yarımstansiyalardan birində güclü qəzanın baş verməsi ilə ölkənin enerji sistemində ciddi fəsadlar yaşandı. Ancaq dövlət başçısı tərəfindən dərhal prosesə əl qoyuldu, qəzanın aradan qaldırılması məsələsi birbaşa nəzarətə götürüldü. Eyni zamanda, iyulun 3-də ölkənin ikinci baş şəhəri olan Gəncədə terrakt həyata keçirildi. Kənardan, məkrli dairələr tərəfindən idarə olunan radikalyönmülü dinçi qruplar tərəfindən, konkret olaraq, Yunis Səfərov adlı cinayətkar tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  Elmar Vəliyev və bir nəfər polsi serjantı güllələndi.  Hüquq-mühafizə orqanlarının əməliyyat təbdirləri nəticəsində qısa zamanda cinayətkar  yaxalandı və Gəncədə qarışıqlıq törətməklə, Azərbaycanda xaos yaratmaq istəyənlərin ilkin planları alt-üst edildi. İyulun 4-də isə dövlət başçısı ölkənin enerji sistemindəki yaranmış vəziyyətlə bağlı öz müşavirəsini keçirdi. Bir daha xalqı, dövləti ilə bir yerdə olduğunu nümayiş etdirdi, nöqsanlara, ciddi xətalara yol verən qurumlarla və məsul şəxslərlə bağlı güzəştsiz mövqe sərgilədiyini və sərgiləyəcəyini ortaya qoydu.

musavira-musavira

İyulun 8-də ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin son 6 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş növbəti iclası keçirildi. Dövlət başçısı ölkənin son 6 aylıq sosial-iqtisadi durumunu müsbət qiymətləndirərək, eyni zamanda,  iqtisadi islahatlarının dərinləşdirilməsinin, ölkədə məmur özbaşınalığına, vergilərdən yayınmaya, korrupsiyaya son qoyulmasının vacibliyini söylədi.

din-ilya-2

Müşavirədən iki gün sonra, marıqda yatmış məkrli dairələr öz məğlubiyyətləri ilə barışmayaraq, yenidən, 10 iyul tarixində Gəncədə dövlətə və dövlətçiliyə qəsd yolunu tutdular və bu zaman Azərbaycanın iki qəhrəman polis şəhid edildi. Amma istər Gəncə əhalisinin, istər Azərbaycan cəmiyyətinin, istər hüquq-mühafizə orqanlarının, istərsə də dövlət rəhbərinin qətiyyəti və iradəsi sayəsində Gəncədə yenidən iğtişaş törətmək istəyən qüvvələrin təxribatçılıq əməllərinə cəmi yarım saat ərzində son qoyuldu, terrorçulardan bəziləri zərərsizləşdirildi, bəziləri ilə həbs edildilər. Dövlət başçısı eyni zamanda, iyulun 13-də hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirəsini keçirdi, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş addımların hər zaman qətiyyətlə dəf edildiyini və ediləcəyini dilə gətirdi.

ER-İLYA

dostlar

avro-ilya

10 iyulda axşam saatlarında  ölkə prezidentinin NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Brüsselə tarixi səfəri baş verdi. Həmin səfər zamanı Azərbaycanla-Avropa İttifaqı arasında çox böyük önəm daşıyan saziş paraflandı, həmçinin, Zirvə toplantısının yekununda qəbul edilən kommunikedə Ermənistanın işğalçı dövlət olması bir daha özünün əksini tapdı.

Bundan cəmi bir neçə gün sonra, iyulun 18-19-u tarixlərində İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri oldu və bu səfər zamanı bir sıra vacib sənədlər imzalandı, ən əsası, ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliyanın Qarabağ məsələsində qəti və prinsipial mövqeyi ifadə edildi.

italiano

makron-3

İtaliya prezidentinin səfərinidən satlar sonra dövlət başçısının Emmanuel Makronun dəvəti ilə Fransaya rəsmi səfəti baş tutdu. İkigünlük səfər zamanı ölkə prezidenti Fransanın dünyaca məşhur olan 11 nüfuzlu şirkətinin rəhbəri, həmçinin, Fransa Milli Assambleyasının və Fransa Senatının sədrləri, nəhayət, prezident Makronla görüşü oldu. Bu səfərin gedişatında da iki ölkənin prezidentinin iştirakı ilə Azərbaycanla Fransa arasında bir sıra sahələr üzrə sazişlər imzalandı.

Bundan savayı, ötən 100 gündə dövlət başçısı tərəfindən ölkə həyatı, Azərbaycan regionlarının, iqtisadiyyatın inkişafı və Azərbaycan vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşlaşdırıması yönündə yüzlərlə fərman və sərəncam imzalandı. MM-in növbədənkənar sessiyasında, iyulun 29-da ölkə prezidentinin imzası ilə parlamentə  daxil olan, yəni, 2018-ci ilin dövlət büdcəsində dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi müzakirələrdən keçirilərək, qəbul olundu. Yəni, dövlət büdcəsi daha iki milyard manat artırılaraq, 23 milyarda çatdırıldı, həmçinin, neftin qiyməti 45 dollardan 55 dollara qaldırıldı.

Həmçinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, diaspor fəaliyyətinin daha uğurlu təşkili istiqamətində ölkə prezidentinin 6 iyul tarixli sərəncamı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Daha bir vacib addım kimi Bakı Şəhərinin Baş Planının hazırlanması ilə bağlı mühüm əhəmiyyətli sərəncam imzalandı. Bundan əlavə ölkədə azad rəqabətliliyi təmin etmək məqsədilə Rəqabət Agetnliyinin yaradılması ilə sərəncam verildi, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalandı. 19 iyul tarixli sərəncama əsasən də Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılması qərara alındı.

Bu müddətdə Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatı qarşısında xidmətləri olan onlarla tanınmış sənət adamı dövlət başçısının imzaladığı sərəncamlarla mükafatlandırıldı. Millət vəkili Elmira Axundova “Xalq yazıçısı”, Emin Ağalarov, Murad Dadaşov, Aygün Səmədzadə, Teyyub Aslanov, Əlixan Səmədov və digərləri “Xalq artisti”, “Əməkdar artist” fəxri adları ilə təltif olundular. Azərbaycan mətbuatının 143 illiyi ərəfəsində ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması ilə bağlı növbəti sərəncam verildi.

Beləliklə, son 15 ildə olduğu kimi, prezidentliyinin 100 günündə də ölkə prezidenti İlham Əliyev özünün son dərəcədə müdrik, uzaqgörən dövlət və siyasət adamı olduğunu nümayiş etdirdi. Göstərdi və sübut etdi  ki, Azərbaycan dövləti etibarlı əllərdədir, göstərdi və sübut etdi ki, Azərbaycan xalqı və dövlətini zəfərlərdən zərəfərlərə doğru apan LİDERi var!

***

Ölkə siyasiləri, millət vəkilləri bəs dövlət başçısının yüz günü ilə bağlı nə düşünürlər?

Millət vəkili Məlahət İbrahimqızı:

“Fəxrlə deyə bilərik ki, ötən 100 gün ərzində dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük nailiyyətlər əldə olundu. Hər zaman öz fəaliyyətində ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olan prezidentimizin titanik fəaliyyəti ilə qısa müddətdə ölkəmizin hərtərəfli inkişafında mühüm uğurlar qazanıldı. Ölkəmizdə bütün sahələrdə, xüsusilə də dövlət idarəçiliyində mühüm islahatlar həyata keçirildi. Azərbaycan bu yüz gündə dünyaya bir daha daha günəş kimi doğdu, şəfəq saçdı. Dünya bir daha qarşısında güclü Azərbaycan, güclü dövlət və siyasət adamı gördü”.

melahet-1

bdu-1

1488451229_ziyad-s-str-7-8

eldeniz-eldeniz

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov:

“Ölkə prezidenti cənab İlham Əliyevin ötən yüz gündəki fəaəliyyətini, görülən işləri, əldə edilən nailiyyətləri sözlə ifadə etmək çətindir, sözlər, kəlmələr belə buna yetməz. O qədər böyük işlər görülüb, o qədər tarixi addımlar atılıb və əlamətdar hadisələr yaşanıb ki, onları sadalamaqla qurtarmaq olmaz. İlham Əliyev 15 illik hakimiyyəti dövründə olduğu kimi, bu yüz günlük müddətdə də hər bir azərbaycanlının- özü də dünyanın harasında yaşamasından asılı olmayaraq – prezidenti olduğunu nümayiş etdirdi. O, 15 il öncə, yəni, 2003-cü ilin prezident seçkiləri ilə bağlı andiçmə mərasimində verdiyi vədinə, hər bir azərbaycanlının prezidenti olacağam bəyanatına bir daha sadiqliyini, dönməzliyini ortaya qoymuş oldu. Bu gün nəinki müstəqil Azərbaycanın vətəndaşı olan insanlarımız, ümumən Azərbaycanla nəfəs alan bütün azərbaycanlılarımız, soydaşlarımız  fəxr edir və qürur hissi keçirirlər ki, Azərbaycan xalqının övladlarıdır və onların belə İlham Əliyev kimi lideri, rəhbəri var. Ona görə qəti şəkildə əminəm və inanıram ki, Azərbaycan dövləti, Azərbaycan xalqı bundan sonrakı dönəmdə də inkişaf, tərəqqi edəcək, dünyanın lider dövlətləri və xalqları sırasında öncüllüyünü qoruyacaq. Və ən əsas və həllini indiyədək bizlərdən asılı olmayan səbəblər üzündən  tapmamış yeganə problemimiz olan Qarabağ problemini ədalətli şəkildə öz xeyrimizə çözmək, Azərbaycanın ərazi, torpaq bütövlüyünu, suverinliyini ölkə hüdudları boyunca butünlüklə təmin etmək mümkün olacaq. Buna da Azərbaycanın hər cür imkanı və gücü çatır. Bu məsələdə də Azərbaycan xalqı və dövlətinin, xüsusilə, ölkə prezidentinin sərt, birmənalı və dəyişməz mövqeyi, iradəsi ortadadır. Heç bir qüvvə də bu iradəni, bu gücü, bu əzmi sındara bilməz və sındırmaq gücündə də deyil. Qarabağ bizim ayrılmaz tərkib hissəmimizdir və bizim də olacaq. Tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında da torpaqlarımız işğaldan azad ediləcək və üçrəngli bayrağımız işğaldan azad olunmuş yurd yerlərimizdə dalğalanacaq”.

Akademik, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə:

“Azərbaycan tarixdə ikinci müstəqiliyini 1991-ci ilin avqustun 30-da keçmiş Ali Sovetdə (indiki Milli Məclisdə) Müstəqillik Bəyannaməsinin və oktyabr ayının 18-də Müstəqillik haqqında Kostitusiya Aktının qəbulu ilə qazansa da, əldə etsə də, onun əsl müstəqil dövlətçilik, inkişaf tarixi 1993-cü ilin iyunundan, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycan xalqının təkidli tələblərindən sonra hakimiyyətə qayıdışı ilə başlayır. 1993-ci ilin iyunundan keçən 25 il ərzində də Azərbaycanda üst-üstə 6 dəfə – 1993, 1998, 2003,  2008, 2013 və nəhayət, 2018 -ci illərdə prezident seçkiləri keçirilib və hər bir seçkidə də müdrik Azərbaycan xalqı artıq boş, yalan vədlərə, saxta, populist, reallıqdan uzaq düşən siyasətbazlara deyil, sabitliyə, inkşafa, tərəqqiyə, onu yaradan, təmin edən və davam etdirənlərə səs verib. Bu sabitliyin, bu inkişafın, bu tərəqqinin yaradıcısı, banisi, təminatçısı isə heç şübhəsiz ki,  Heydər Əliyev və onun layiqli davamçısı ölkə prezidenti İlham Əliyevdir. Onlar bu seçkilərdə Azərbaycan dövləti və xalqı qarşısında nələr vəd etmişdilərsə, hamısına da bu illər ərzində bir-bir əməl etdilər, yerinə yetirilməyən vəd demək olar ki, yox dərəcəsindədir. Qarşıya qoyulan bütün hədəflər bir-bir fəth edildi. Azərbaycan dünyanın lider dövlətinə, siyasi-iqtisadi təhlükəsizlik və sabitlik adasına, milli, dini tolerantlıq mərkəzinə çevrildi. Azərbaycan dünyanın idman ölkəsi kimi tanındı. Odur ki, hər bir vətənsevər azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı kimi bu ölkənin sakini, vətəndaşı olmaqdan böyük qürur duyur, fəxr hissi keçirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, Azərbaycan adlı güclü, qüdrətli məmləkətin vətəndaşıyam, fəxr edirəm ki, Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev kimi rəhbərimiz, tarixi şəxsiyyətlərimiz var”.

Millət vəkili Eldəniz Səlimov:

“Hesab edirəm ki, əgər 1993-cü ildə o ağır missiyanı Heydər Əliyev kimi nəhəng siyasi xadim öz çiyinləri üzərinə götürməsəydi və 2003-ci ildə Heydər Əliyev siyasi kursunu cənab İlham Əliyev davam etdirməsəydi, dövlətçilik estafetini qəbul etməsəydi bugünkü sabit, təhlükəsiz, inkişaf etmiş, lider Azərbaycan dövlətindən danışmaq cətin olardı. Bəlkə də daxili və xarici antiAzərbaycan dairələrinin son dərəcədə xain və məkrli ssenariləri nəticəsində bir dövlət, bir xalq kimi yer üzündən silinmək təhlükəsi yaşayacaqdıq və hətta, bu acılı tale yaşanacaqdı. Çünki müstəqil Azərbaycan çoxlarını rahatsız edib və hələ də etməkdədir. Bizim bir xalq və dövlət kimi şansımız, bəxtimiz isə onda gətirdi ki, Heydər Əliyev kimi xilaskarımız oldu və onun kursunu böyük səbr, əzm, iradə ilə davam etdirən  İlham Əliyev kimi lidermiz var. Onlar hər ikisi bu xalqının şansıdır. Cənab prezidentinin 100 günlük dövrü də bir daha bu deyilənlərə əyani sübut, bariz nümunədir. Bu dövrdə də müstəqil Azərbaycan dövləti və dövlətçiliyi naminə o qədər böyük nailiyyətlərə nail olundu ki, əsrlərlə belə yaddaşlardan, hafizələrdən silinməyəcək. Odur ki, bu fəaliyyətinə, bu yorulmaz fədakarlığına görə cənab prezidentə bir daha minnətdarlıq edir ki, bundan sonrakı fəaliyyətində də ona böyük müvəffəqiyyətlər,  yeni parlaq qələbələr arzulayırıq”.

kamillllllllllllllllllllll

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Qarabağ”- “Kukesi”- 0:0 – YENİLƏNİB – (2)

Read Next

İkinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir