“Prezidentin bu məntiqli bəyanatı bütün dünyaya bir mesajdır…” – SƏMƏD SEYİDOV

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Avropa Şurası Parlament Assambleyasının iclasında iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən böyük coşqu ilə qarşılandı. Dövlətimizin başçısının cəsarətli çıxışı həm Avropa Şurası rəsmilərinin, həm də Şuraya üzv ölkələrin nümayəndələrinin marağına səbəb oldu.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov deyib ki, Azərbaycan Prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına cavab olaraq onu yalan adlandırması və Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olduğunu vurğulaması cəsarətli, beynəlxalq hüququn normalarına əsaslanan çıxış idi. Milli maraqlara əsaslanan bu bəyanat işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı cavab idi. “Qarabağ Azərbaycandır və nida” cavabı qarşı tərəfi kəsərli qılınc kimi kəsərək onların məkrli niyyət və planlarını puç etdi. Prezidentin bu məntiqli bəyanatı bütün dünyaya bir mesajdır.

Komitə sədri vurğulayıb ki, işğalçı Ermənistan və onun nümayəndələrinin məkrli planları heç bir nəticə verməyib və verməyəcək də. Paşinyan populist açıqlamaları ilə özünü yalnız dünya birliyinin gözündən salır. O, heç zaman dediklərinin arxasında durmayıb və bundan sonra da çətin ki, bunu bacara bilsin.

Etikxeber.az

Read Previous

Mütəllibovun müşaviri “Əməkdar hüquqşünas” oldu – SƏRƏNCAM

Read Next

“Etiraz etmək istəyirsənsə,”bayraq”la çıx qabağıma, ya oteldə zəng elə düşək aşağı…” – RƏŞAD SADIQOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir