Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin Seçki Qərargahında ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə baş tutan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransla bağlı Dəyirmi masa keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, fevralın 5-də, saat 18:00-da baş tutan və iki saata yaxın davam edən Dəyirmi Masada ölkənin tanınmış iqtisadçıları, elm xadimləri, sahibkarlar, iş adamları iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan Z.Səmədzadə fevralın 3-də keçirilmiş məlum konfransdan sonra belə bir tədbirin keçirilməsinə ciddi ehtiyac duyulduğunu bildirib:
“Çünki həmin konfransda Azərbaycanın iqtisadi inkişafı ilə bağlı yeni yanaşmalar ortaya qoyuldu. Ölkə prezidentinin çıxışında kölgə iqtisadiyyatı, şəffaflıq, bank sektoru ilə əlaqadər yeni yanaşmalarla yanaşı, yeni tələblər özünün əksini tapdı. Xüsusilə də, bank sektorunun real iqtisadiyyatda yaxından iştirakı, şəffaflıq, kölgə iqtisadiyyatı məsələləri özünü daha qabarıq şəkildə göstərdi. Dəyirmi masada da məqsəd məhz bu məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, mövqe ortaya qoymaqdır. Qeyd edim ki, Azərbaycan iqtisad elmi yeni çağırışlara uyğun olaraq inkişaf edir, özünü təkmilləşdirir. Bu baxımdan hesab edirəm ki, ölkə Prezidenti tərəfindən səsləndirilən yeni yanaşmalarla bağlı məsələlərin həllində Azərbaycan iqtisad elminin təmsilçiləri də öz sözünü deməlidir. Bunun üçün böyükm potensial var”.
İqtisad elmləri doktoru, professor Qorxmaz İmanov çıxışında bildirib ki, hər bir cəmiyyətin özünəməxsus xüsusiyyəti olduğu kimi, informasiya iqtisadiyyatına da müxtəlif prizmadan yanaşmalar var.
Onun sözlərinə görə, bu gün dünya iqtisad elmində informasiya iqtisadiyyatı, rəqəmsal iqtisadiyyat aktual yerlərdən birini tutur:
“Artıq Azərbaycanda da bu istiqamətdə böyük irəliləyiş özünü göstərməkdədir. Ölkə Prezidentinin çıxışında da bu məqam xüsusi yer tutdu. Odur ki, Azərbaycan iqtisad elminin nümayəndələri olaraq bu məsələlərlə, eləcə də, ölkə Prezidentinin səsləndirdiyi digər vacib məqamlarla bağlı birgə mövqeyimizi ifadə etməli, öz töhfəmizi verməliyik”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Akif Musayev qeyd edib ki, ölkə Prezidenti konfrans zamanı çıxışında demək olar ki, bütün strukturlara çağırış edib:
“Cənab Prezident iqtisadi subyektlərə, istər dövlət qurumlarına, istər inzibati orqanlara, istərsə də bank, biznes sektoruna çağırış etdi. Çünki artıq iqtisadi kəmiyyət məsələsi deyil, istisadi keyfiyyət məsələsi ciddiliyi və aktuallığı ilə ortadadır. Bu istiqamətdə də xeyli addımlar atılıb, xüsusilə də, 2019-cu ildən bu məsələdə yeni dönəm başlanıb və öz uğurlu nəticələrini göstərməkdədir. Odur ki, iqtisad elmi, Azərbaycan iqtisadçıları bu prosesdə mühüm yer almalı, fəal rol oynamalıdırıar”.
AMEA-nın müxbir üzvü, professor Əli Nuriyev bildirib ki, ölkə iqtisadçıları hər zaman Azərbaycanın iqisadi inkişafı ilə bağlı konsepsiyanın, strategiyanın hazırlanması prosesinə cəlb olunmalı və bu məsələlərə özünün töhfəsini verməlidir.
O, həmçinin bildirib ki, iqtisadiyyat, iqtisadçılar siyasətin, siyasətçilərin arxasınca sürünməməlidir:
“Onlar əslində siyasətin hazırlanmasını və həyata keçirilməsinin icraçısına çevrilməlidirlər”.
İqtisad elmləri doktoru, professor Vahid Novruzov deyib ki, dövlət başçısının proqaram xarakterli çıxışı məhz Azərbaycan iqtisadçılarını bir araya gətirib:
“Hesab edirəm ki, biz iqtisadçılar hər zaman bu cür çıxışlardan, Prezidentin iştirakı ilə keçirilən toplantılardan sonra bir araya gəlməliyik, çünki deyiləsi sözlərimiz var. Ölkə Prezidentinin son çıxışında kölgə iqtisadiyyatı, biznes sektoru, şəffaflıqla bağlı məsələlər çox qabarıq şəkildə göstərildi, onların həlli yolları, həmçinin, yeni tələblər ortaya qoyuldu. Bununla yanaşı, qeyd edildi ki, Davos İqtisadi Forumunun yaxın zamanlarda Azərbaycanda nümayəndəliyi açılacaq. Bu isə öz növbəsində Azərbaycan iqtisadçıları, iqtisad elmi qarşısında vəzifələr qoyulur, üzərimizə böyük işlər düşür. Bir daha qeyd edirəm ki, ölkə Prezidentinin çıxışnda bütün sahələr üzrə, o cümlədən, biznes sektoru ilə bağlı çox ciddi çağırışlar edildi. Odur ki, istər iqtisadi subyektlər, istər dövlət strukrurları, istər inzibati qurumlar, istər cəmiyyət bu çağırışlara əməl etməlidirlər. Xüsusilə, iqtisad elminin nümayəndələri bu prosesdən kənarda qalmalamalı, çağırışlara öz əməli dəstəyini verməlidir”.
“Mətanıət-A” şirkətinin prezidenti Elxan Bəşirov Azərbaycan dövlətinin və ölkə Prezidentinin sahibkarlığa dəstəyindən danışaraq, həmçinin bildirib ki, sahibkarlığın inkişafı üçün bank sektorunun ciddi dəstəyi lazımdır:
“Ancaq təəssüflər olsun ki, istehlak kreditləri ilə müqayisədə biznes kreditlərinin həcmi qat-qat aşağıdır. Əgər sahibkarlığı inkişaf etdirmək istəyiriksə bank sektoru sahibkalara, iş adamlarına, real iqtisadiyyata böyük dəstək göstərməli, vəsait ayırmalıdır. Eyni zamanda, o yerdə ki, güclü emal müəssisələri, xammal yoxdursa, həmin ölkənin iş adamları, sahibkarları başqalarının xidmətçisi olacaq. Ona görə emal müəssisələrinin yaradılması üçün çox ciddi addımlar atılmalıdır, bu məsələyə ciddi diqqət yetirilməlidir”.
Digər iş adamı Rafiq Qarayev da sahibkarlığın inkişafının maliyyədən asılı olduğunu bildirib:
“Ciddi maliyyə, pul olmasa, burada ciddi uğurlardan danışmaq çətindir. Maliyyə, puı sahibkarlığın ürəyinə gedən qan damarıdır. Odur ki, bu sahəyə bank sektoru tərəfindən ciddi dəstək olmalıdır. Dövlətimiz hər zaman bu məsələyə dəstəyini göstərir, bunlar göz qabağınadır. Ancaq bununla belə, bizim-sahibkarların bu məsələdə istər dövlətdən, istərsə də ali qanunverici orqandan ciddi gözləntilərimiz var”.
Tədbirdə həmçinin, iqtisad elmləri doktorları Məhiş Əhmədov, Rəsul Balayev, Elşad Səmədzadə, Qabil Manafov, Amil Məhərrəmov, iqtisad elmləri üzrə fəlsəfə doktoru Asif Həsənov, iş adamı Fuad Şərifov və digər alimlər, iqtisadçılar çıxış edərək ölkə Prezidentinin qaldırdığı məsələləri dəstəklədiklərini, bu məsələlərin həllində Azərbaycan iqtisadçılarının üzərinə böyük vəzifələr düşdüyünü və öz dəstəklərini əsirgəməyəcəklərini vurğulayıblar.
Etikxeber.az