“Prezidentin “D-8″də iştirakı beynəlxalq aləmdəki nüfuzumuzun göstəricisidir” – ELDAR İBRAHİMOV

“Hər iki ölkə bir-birinə dostdur, qardaşdır.  Dünyada bunun analoqu yoxdur. Yəni, dünyada başqa iki dövlət tapa bilməzsən ki,  bu qədər bir-birinə yaxın və qırılmaz, sıx tellərlə bağlı olsun. Çünki bizim kökümüz, ruhumuz birdir”

“Ölkə Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının nümunəsi olmaqla yanaşı, Azərbaycanın gündən-günə  beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Bu, bir daha onu göstərir ki, Azərbaycan bölgənin, yerləşdiyi regionun və bütövlükdə dünyanın söz, nüfuz sahibi olan ölkələrindən biridir. Azərbaycanın, ölkə Prezidenti cənab İlham Əliyevin mövqeyi, fikri, rəyi ilə hesablaşılır. Bu da təbii ki,  hər birimizi sevindirir, qürurlandırır”.

eldar-2

Bunu Etikxeber.az-a açıqlamasında  Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov deyib.

Onun  sözlərinə görə,  “iki dövlət, bir millət olan” Azərbaycanla Türkiyə arasında əlaqələr hər iki tərəf üçün çox vacib və önəmlidir.

“Hər iki ölkə bir-birinə dostdur, qardaşdır.  Dünyada bunun analoqu yoxdur. Yəni, dünyada başqa iki dövlət tapa bilməzsən ki,  bu qədər bir-birinə yaxın və qırılmaz, sıx tellərlə bağlı olsun. Çünki bizim kökümüz, ruhumuz birdir. Çox sevindirici və əlamətdar haldır ki, Azərbaycanla Türkiyə hər zamam bütün məsələlərdə  də həmrəydir”-deyən komitə sədri eyni zamanda  bildirib ki, hər iki dövlət bütün məsələrdə eyni mövqedən çıxış edir, bir-birinə ciddi dəstək verir.

“Bu baxımdan,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən bu tədbirə dəvət etməsi bu həmrəyliyin, bu birgəliyin bariz nümunəsidir. Onu da qeyd edim ki, İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü həm də ölkəmizin potensialını və qarşılaşdığı problemləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün yaxşı platformadır. Bu platformaya çox ciddi ehtiyac var və ondan yararlanılmalıdır. Elə məhz bu cür də edilir.  Təsadüfi deyil ki, görüşdə çıxışı zamanı da  Prezident İlham Əliyev bir sıra məsələlərə toxundu, xüsusən də, Azərbaycanın ən əsas problemi olan ərazi bütövlüyü ilə bağlı ölkəmizin mövqeyini səsləndirdi, erməni təcavüzü haqqında, bu təcavüzün törətdyi fəsadlar haqqında görüş iştirakçılarını bir daha məlumatlandırdı. Düşünürəm ki, bu məsələ istiqamətində də həm IX Zirvə görüşünün iştirakçıları, həm də digər dövlətlər Azərbaycanın mövqeyinə diqqətlə yanaşmalıdır və ədalətli mövqedən çıxış etməlidir. Çox güman ki, belə də olacaq. Bunun əksini düşünmək düzgün olmaz”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

azer-badamov

Millət vəkili Azər Badamov da mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin  D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirakı, görüşə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq aləmdəki yerindən, çəkisindən və nüfuzundan xəbər verir.

Deputat mətbuata açıqlamasında sonra bildirib ki, Azərbaycan müstəqil ölkə olaraq dünya arenasında, siyasətində özünəməxsus rola malikdir: “Ona görə də Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak etməsinin həm dövlətimiz, həm də üzv ölkələr üçün böyük əhəmiyyəti var. Azərbaycan aktiv bir ölkə olaraq belə görüşlərə tez-tez dəvət olunur”.

A.Badamov vurğulayıb ki, Azərbaycan Prezidentinin Ərdoğanın dəvəti ilə sözügedən görüşdə iştirakı bir daha onu göstərir ki, Azərbaycanla Türkiyə arasında böyük dostluq əlaqələri var:

“Ümumiyyətlə, bütün beynəlxalq təşkilatlarda Türkiyə ilə Azərbaycan birlikdədir. Heç bir xarici müdaxilə və yaxud kimlərsə bizim dostluğumuza, qardaşlığımıza xələl gətirə bilməz. Kimlərsə də buna cəhd edəcəklər, hər zaman olduğu kimi, öz layiqli cavablarını alacaqlar. Onların Azərbaycan-Türkiyə münasibətlərinə müdaxilə və xələgətirmə cəhdləri əvvəllər olduğu kimi, bundan sonra uğursuzluğa məhkum olacaq. Hər kəs bunu yaxşı bilsin”.

Etikxeber.az

 

 

Read Previous

Vitse-spiker: “Çexiya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir “

Read Next

Şəki-Kiş avtomobil yolunun tikintisinə 4,8 milyon manat ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir