“Prezidentin Ermənistan qarşı “Valday” və Aşqabad zərbələri sarsıdıcı oldu” – DEPUTAT

Tahir RZAYEV:  “Valday”dan çox qısa müddət sonra Ermənistan, Paşinyan növbəti çox böyük, çox ağır və uzunmüddətli siyasi-diplomatik sarsıdıcı zərbəsini aldı. Onlar çətin ki, bu zərbədən tezliklə ayılalar…”

Ölkə prezidenti İlham Əliyevin Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB-nin Dövlət Başçıları Şurasının iclasında Ermənistana qarşı kəskin çıxışı bütün beynəlxalq aləmdə geniş əks-səda yaradıb və demək olar ki, dünya ictimaiyyəti tərəfindən çox böyük rəğbətlə qarşılanıb. Həmin çıxışda da vurğulandığı kimi, Ermənistanın faşizmi bir qəhrəmanlıq kimi təbliğ etməsi bu gün yolverilməzdir. Çünki bütün dünya faşizmdən çox böyük bəlalar görüb, ağır itkilər, insan qətlləri baş verib və faşizm bu gün heç bir sülhsevər dövlət tərəfindən dəstəklənmir. Ancaq Ermənistan bir təcavüzkar və işğalçı, terroru dövlət siyasəti səviyyəsinə qaldıran bir ölkə kimi həmişə qəddarlığı, faşizmi təbliğ edib.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, etdiyi satqınlığa və xəyanətə görə, qulağı kəsilən qatı cinayətkar Andronikə uzun müddət “milli qəhrəman” imicinin geydirilməsi, onun heykəlinin ucaldılması, adına məktəblərin, küçələrin açılması, onun “şərəf”inə əsərlər yazılması, eləcə də bu gün  Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Ermənistanda heykəlin ucaldılması, bu, bilavasitə faşizmi təbliğ etməkdir və yeni müharibə ocaqlarının, yeni münaqişələrin yaranmasına zəmin hazırlamaqdır.

ilya-paska

tahir_rzayev_C00134

“Cənab Prezident də həmin iclasda Ermənistanın baş nazirinin gözlərinin içinə çox kəskin şəkildə bu təbliğatın yolverilməz olduğunu göstərdi, dedi. Dedi ki, Ermənistan daim faşizmi təbliğ edib və bu gün də təbliğ edir. Dünya ictimaiyyəti, sülhsevər insanlar bu heykəlin Ermənistanda ucalmasının əleyhinə çıxdığı bir halda, Ermənistanın keçmiş rəhbərliyi bu heykəli Yerevanda ucaltdı. Artıq o insanların bir “sitayiş mənbəyi”nə çevrilib. Nəinki ermənilər, eləcə də Yerevana gələn qonaqlar, siyasətçilər həmin heykəlin önünə gül dəstələri qoymağa məcbur olurlar. Halbuki bu müharibədən, faşizmdən ən çox zərbələr alan, əziyyət çəkən Rusiya, köhnə Sovetlər İttifaqı olub.

 Həmçinin, Ermənistan da vaxtilə həmin ittifaqın tərkibində olub və bu avantürist addım Rusiya xalqına, Rusiyada yaşayan insanlara, Böyük Vətən müharibəsində həlak olan rusların xatirəsinə bir hörmətsizlikdir. Bununla əlaqədar vaxtilə Rusiya rəhbərliyi də sözünü demişdi, ancaq çox təəssüflər olsun ki, bu münasibətə Ermənistan heç bir reaksiya vermədi və Njdenin heykəli oradan götürülmədi.

Ona görə cənab İlham Əliyevin çıxışı çox qətiyyətli və çox tarixi bir çıxış idi.  Eyni zamanda, gözlənilən bir çıxış idi və yaxşı haldır ki, MDB-nin dövlət başçıları bu çıxışı çox böyük səbrlə, diqqətlə dinlədilər və elə bilirəm ki, öz baxışları ilə, öz hərəkətləri ilə buna öz münasibətlərini bildirdilər. “Valday”dan çox qısa müddət sonra Ermənistan, Paşinyan növbəti çox böyük, çox ağır və uzunmüddətli siyasi-diplomatik sarsıdıcı zərbəsini aldı. Onlar çətin ki, bu zərbədən tezliklə ayılalar…”-deyə, T. Rzayev sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Əlifba sırası ilə İlham Əliyev və Paşinyan yanaşı əyləşiblər…” – PREZİDENTİN MƏTBUAT KATİBİ

Read Next

“Əliyev Paşinyanı yerinə oturtdu…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir