Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə başçısının qərarı Cümhuriyyət ideallarının əbədiyaşar olduğunu,onun müstəqil Azərbaycan dövlətinin quruculuğunda əhəmiyyətli yer tutduğunu göstərməyə,100 illik tariximizə sahib durmağa və ADR-in mənəvi-siyasi mirasını qoruyub saxlamağa xidmət edir.
Etikxeber.az xəbər verir ki, bunun millət vəkili Zahid Oruc ölkə Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ötən on illər ərzində təkcə dövlət atributları-bayraq,gerb, himnlə bağlı deyil,eləcə də Şərqdə ilk demokratik respublika təsis edərək xalqımızın min illlik arzularını gerçəkləşdirməyə qadir olmaq həqiqətən də misilsiz bir hadisədir:


“Sovetlər Birliyinin çöküşü ilə dünya siyasi xəritəsində öz varlığını və milli azadlıq arzularını gerçəkləşdirməyi bacaran bir xalqın öz milli üstəqilliyinin 100 illik yubileyini qeyd etməyə tam haqqı var.Hər nə qədər 70 illik sovet dönəmindən keçilsə də tarixi arasıkəsilməzlik milli məfkurə sistemimizin əsasını təşkil edir.Ona görə prezident İlham Əliyev bir əsrin bütün mənəvi-ruhi bağlarını-Cümhuriyyət irsini Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik xəzinəsi ilə birləşdirərək keçmişlə gələcək arasında dərin bir varislik ənənəsi yaratmış olur.

Ölkə rəhbərinin qərarı təkcə hakimiyyət orqanlarının deyil,hər bir azərbaycanlının üzərinə məsuliyyət qoyur ki,onlar müstəqilliyimizin 100 illik səlnaməsinə dəyərli töhfələrini verə bilsinlər.Əslində tarixin hər bir səhifəsindən-hətta o ağrılı hekəyətlərlə olsa belə,faydalanmağı bacaran liderlərzamanın fövqünə qalxa və öz millətinin taleyində əbədi izlər qoya bilirlər”.
Etikxeber.az