“Prezidentin qərarı hər kəsin ürəyindən xəbər verir…” – KOMİTƏ SƏDRİ

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün keçirilən müşavirədə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çox mübət və təqdir olunmalı bir hadisədir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, bu, həm də dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır.

prez-nazir

“Bu qərar bütün Azərbaycan xalqının ürəyindən xəbər verir və hər kəs tərəfindən də çox yüksək qiymətləndirilir” – deyən komitə sədri bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm və tarixi bir hadisə idi.

rasulzade

E. İbrahimovun bildirdiyinə görə, müsəlman-şərq aləmində ilk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir.

eldar-2

“Ancaq çox təəssüflər olsun ki, AXC cəmi 23 ay ömür sürdü, aprel işğalı ilə ilk müstəqil cümhuriyyətimizin varlığına son qoyuldu, bununla belə, onun qoyduğu ənənələr əsrin sonunda-90-cı illərdə Azərbaycan minbir əziyyətlər hesabına ikinci dəfə müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi. Odur ki, müasir Azərbaycanın özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi də tarixə, tarixi şəxsiyyətlərə hörmətin ifadəsidir.

Cənab Prezidentin də bugünkü müşavirədə 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dünyaya ölkəmizin böyük müstəqillik tarixinin olması barədə mesaj idi. Eyni zamanda, Azərbaycan xalqının dövlətçilik ənənəsinin olması və bu ənənənin yaşadılması, tarixi şəxsiyyətlərə hörmət edilməsi də bu ifadədə öz əksini tapır. Bir sözlə, bu addımına görə ölkə Prezidentinə minnətdarlığımızı bildirir, müstəqilliyimizin əbədi və dönməz olmasını arzu edirik”– deyə, E. İbrahimov sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“Prezidentin qərarı ADR-in mirasını qoruyub-saxlamağa xidmət edir” – DEPUTAT

Read Next

“İYİ Parti”-nin “oy oranı” 20,5 faizdir – AKŞƏNƏR AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir