“Prezidentin iradəsi və Azərbaycan xalqının qətiyyəti buna imkan verməyəcək…” – DEPUTAT

“Bu gün artıq  xarici ölkələr və nüfuzlu beynəlxalq şirkətlər şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş məlum yeni Saziş də məhz bunun əyani sübutu və göstəricisidir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov dilə gətirib.

Millət vəkilinin sözlərinə görə, yeni Saziş 1994-cü ildə imzalanan və sabah 23 ili tamam olacaq “Əsrin müqaviləsi” ilə eyni əhəmiyyətə malikdir.

“Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev də bu Sazişi yeni əsrin müqaviləsi kimi dəyərləndirdi” -deyən millət vəkili bildirib ki, müqavilənin uzadılması həm də  onu sübut edir və göstərir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir:

“Məlumdur ki, birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi. Əslində isə neft ehtiyatları daha çoxdur. Yeni Sazişə əsasən həmin yataqlarda neft ehtiyatlarının 500 milyon ton həcmində olması proqnozlaşdırılır. Bu da o deməkdir ki, yeni sazişin icrası nəticəsində dövlətimizin gəlirləri daha da artacaq”.

E. Səlimov eyni zamanda qeyd edib ki, 2016-cı ildən ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət və üstünlük verilir:

“Dövlət başçımız da dəfələrlə vurğulayıb, bəyan edib ki, bizim gələcək iqtisadi siyasətimizdə qeyri-neft sektorunun inkişafı prioritet təşkil etməlidir, neft faktorunu kənara qoymalıyıq. Təbii ki, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər nəticələr verməkdədir. Belə ki, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə ciddi nəticələr əldə olunur. Hazırda sənayə mərkəzləri, məhəlləri yaradılır ki, bunlar da yaxın illərdə daha böyük nailiyyətlərə yol açacaq. Yəni həm neft, həm də qeyri-neft sektorundan ölkəmiz daha böyük həcmdə gəlirlər əldə edəcək. Əsas odur ki, gələcəkdə təbii sərvətlərimiz yalnız ehtiyat faktoru kimi önəm kəsb edəcək…”

Millət vəkili bu yerdə diqqəti digər bir məqama da yönəldib.

“Son günlər, xüsusilə də, “Əsrin müqaviləsi”nin müddətinin uzaldılması, yeni Sazişin imzalanmasından sonra anti-Azərbaycan dairələri ölkəmizə qarşı yenidən “səfərbər” olub, “fəal”laşıblar. Çünki onlar 90-cı illərdə olduğu kimi, indi də Azərbaycanın müstəqilliyini, ölkəmizin inkişafını, tərəqqisini, müstəqil siyasət kursunu istəmirlər, bunları heç cür qəbul və həzm edə bilmirlər. Onlar Azərbaycanı zəif, gücsüz, sözə və ələbaxan “üçüncü dünya dövlətləri”nidən biri kimi görmək istəyirlər. Ancaq hər dəfəsində də xəyalqırıqlığını uğrayır, iflasa məhkum olurlar. Ölkə Prezidentinin uzaqgörən,  balanslı və  tarazlaşdırılmış siyasəti, xalqla iqtidarın sıx birliyi, vəhdəti nəticəsində həmin məkrli dairələrin murdar niyyətləri baş tutmur, arzuları gözlərində qoyulur. Bu dəfə də belə olacaq. Həmin qüvvələr nə qədər cəhd etsələr də, Azərbaycanın müstəqil siyasət kursuna, ölkəmizin inkişafına, tərəqqisinə mane ola, onu yolundan döndərə, geriyə çəkə bilməyəcəklər. Ölkə Prezidentinin siyasi iradəsi və Azərbaycan xalqının qətiyyəti, iqtidar ətrafında birləşməsi buna imkan verməyəcək…”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Dil polisi” təklifini verəndə bəziləri buna opponentlik etdilər ki…” – JALƏ ƏLİYEVA

Read Next

Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir