“Problemi yaradan qurumdan yox, deputatdan narazı qalmaq məncə, insaflı olmaz”-MİLLƏT VƏKİLİ HANSI QURUMLARDAN NARAZIDIR?

Seçici müraciətlərini ümumiləşdirərək bu həftə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərisıq ASC və Biləsuvar rayon İcra Hakimiyyətinə bütövlükdə 50-dən çox vətəndaşın işi üzrə rəsmi məktub ünvanladıq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

O, həmçinin nəzərə çatdırıb ki, deputatın əsas iş yükü qanunverici fəaliyyətlə bağlıdır, seçilərlə iş deputatın fəaliyyət istiqamətlərindən yalnız biridir.

“Tam səmimiyyətlə deyə bilərəm ki, indiyədək heç bir müraciət diqqətimizdən kənar qalmayıb, səlahiyyətimiz daxilində olan problemlərin həlli üzrə rəsmən 70% nəticəmiz var. Lakin, problem səlahiyyətimiz xaricində olanda, məsələn, ailədaxili münaqişə, maddi yardım, işlə təminat kimi müraciətlərdə, təbii ki, nəticə də ala bilmirik. Əlbəttə, vətəndaşın durumuna anlayışla yanaşırıq, amma, bu kimi məsələlər bizi də çarəsiz vəziyyətə salır.

Məsələn, bu ay FHN-də işə düzəlmək üçün bir neçə müraciət daxil olub, aidiyyatsız olsa da vətəndaşların müraciətləri nazirliyə yönəldilib. Nazirliyin isə rəsmi cavabı o olub ki, hazırda işə qəbul prosesi dayandırılıb. Belə olan halda deputat nəsə edə bilərmi? Yaxud, məşğulluq və müavinətlərlə bağlı bizə gələn bütün müraciətləri aidiyyatı üzrə yönləndirmişik, məsələ ilə bağlı Parlamentin tribunasından narahatlığımı dilə gətirmişəm, hətta, məndə şübhə yaradan bəzi məqamlar üzrə hüquq mühafizə orqanlarına da müraciət olunub, belə olan halda, problemi yaradan qurumdan yox, deputatdan narazı qalmaq məncə insaflı olmaz.

Bütün hallarda əmin ola bilərsiz ki, Prezident Əliyevin Parlamentin ilk iclasında verdiyi tövsiyyələr fəaliyyətimizin ana xəttini təşkil edir. Bütün hallarda sonadək mənafelərinizi qorumaqda və səsiniz olmaqda davam edəcəyik“-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən artım-403 – DAHA 3 ÖLÜM…

Read Next

Bu gün 8 Mart-BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir