“Problemin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik” – SEKUTA

“Ermənistan-Azərbaycan münaqişənin həlli ilə bağlı vasitəçi ölkə olaraq münaqişə tərəflərini bir araya gətirərək problemin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik”. 

Etikxeber.az-ın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qala qəsəbəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

sekuta

O, vurğulayıb ki, bu il Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 30 ili tamam olur.

“Bütün bu hadisələri, keçmişi xatırlamaq, keçmişdən ibrət dərsi almaq vacibdir. Daha yaxşı gələcək qurmaq bundan da vacibdir. Münaqişənin həlli ilə bağlı vasitəçi ölkə olaraq münaqişə tərəflərini bir araya gətirərək məsələnin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik. Biz ABŞ hökuməti olaraq Azərbaycanın məcburi köçkün əhalisinə yardımı davam etdirəcəyik” – deyə, səfir sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Özbəkistan prezidentinin Azərbaycana səfəri gözlənilir – YAZDA

Read Next

Məhv edilən terrorçuların sayı 1780-ə çatıb – “ZEYTUN BUDAĞI”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir