Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır.
Etikxeber.az-ın məlumatına görə, bunu Palatanın Direktorlar Şurasının sədriRüfət Aslanlı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
R. Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:
“Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.
Etikxeber.az