Problemli kreditlərlə bağlı banklara borcu olan müştərilərə gələn ayın sonunadək bildiriş göndəriləcək

Martın 28-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalın təqdimatı keçirilib.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən bu il fevralın 28-də imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn işlərin icrası çərçivəsində MBNP elektron portal hazırlayıb.

Portalın xüsusiyyəti ondan ibarətdir ki, adıçəkilən fərmanda əks olunan güzəştlərdən yararlanacaq fiziki şəxs sistemə giriş edərək ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditləri barədə detallı məlumat əldə edə bilər.

Portalla bağlı daha ətraflı məlumatı pk.fimsa.az internet səhifəsində daxil olmaqla əldə etmək mümkündür.

“Problemli kreditlər üzrə kompensasiya ödənişi və restruktrurizasiyası çərçivəsində vətəndaşlar birbaşa müştəriləri olduğu banklara müraciət edəcəklər”. 

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bəzi vətəndaşlara onların məlumatlarının dəqiqləşdirilməsinə ehtiyac olduğu halda identifikasiyanın olunması barədə həmin şəxsə mesaj göndəriləcək. Bundan başqa, aprelin sonuna kimi problemli kreditlərlə bağlı kredit borcu olan şəxslərə SMS göndəriləcək və daha sonra növbəli şəkildə banklara çağırılacaqlar. 

Etikxeber.az

Read Previous

“Bu, hər zaman, gündə baş verən hadisə deyil ki?” – AKADEMİK

Read Next

İlham Əliyevdən “Diqlas”la bağlı mühüm – TAPŞIRIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir