Professor PA-nın şöbə müdiri təyin olundu – SƏRƏNCAM – FOTO

Prezident Adminisrtasiyasının (PA) millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Etikxeber.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təyin edilib.

Etibar_Nəcəfov

Qeyd edək ki, əslən gəncəli olan E. Nəcəfov fəlsəfə elmləri doktoru, professordur.

Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyib. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir.

Etikxeber.az

Read Previous

Kocasakal CXP-nin genəl başqanlığına “aday” oldu – İLK TƏPKİ GƏLDİ- YENİLƏNİB – (3)

Read Next

ABŞ “Suriya-YPG” məsələsində Türkiyənin tələbi qarşısında geri çəkildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir