“Prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib”-BAŞ PROKURORLUQ

Azərbaycan Respublikasının Baş Prokurorluğu səfirliyimizə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumatda bildirilib ki, bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb:

“Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.

Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə ədalətli hökmü çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək”.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidi Şahmar Seyidovun anası yenidən ölkə rəhbərliyinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, ZƏFƏR GÜNÜ ƏRƏFƏSİNDƏ ÖVLADIM ALİ ORDENLƏRİMİZDƏN BİRİ İLƏ TƏLTİF OLUNSUN”

Read Next

“Toyumuzdan cəmi aylar öncə, 2019-cu ilin əvvəllərində Şəhidlərimizlə bağlı kitab yazmışdım öz vəsaitim hesabına…Sən demə, öz taleyimi yazırmışam, özümü hazırlayırmışam başıma gələcəklərə…”- BU GÜN ANIM GÜNÜ OLAN ŞƏHİD ELVİN İSMAYILOVUN HƏYAT YOLDAŞI ŞƏHLA MİRZƏYEVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir