Proporsional sistemin bərpası və deputatların sayının artırılması mümkündürmü? – SORĞU

Məlum olduğu kimi, 2002-ci ildə keçirilən referendumdan sonra Azərbaycanda proporsional seçki sistemi ləğv olundu.

Artıq 2005-ci ildən ölkədə yalnız  majoritar seçki sistemi üzrə seçkilər keçirilir.

Ancaq elə həmin vaxtlardan proporsional seçki sisteminin bərpası, hətta, əhalinin sayının atmasına görə, deputat yerlərinin sayının qaldırılması məsələsi gündəmə məşğul etməyə başladı.

Əksər müxalifətçilər və müxalif siyasi qurumlala yanaşı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) nüfuzlu simaları tərəfindən də hər iki yöndə təkliflər eşidildi, səsləndirildi.

İlk olaraq, proporsional seçki seçki sisteminin bərpası məsələsini o zamanlar  hakim YAP-ı parlamentdə təmsil edən professor, Milli Məclisin (MM) İnsan hüqauqları komitəsinin sədri Rəbiyyət Aslanova “525”-ə açıqlamasında dilə gətirdi.

O, ölkədə çoxpartiyalılığın daha da otruruşması və möhkəmləndirilməsi üçün proporsional seçki sisteminin bərpasının vacibliyini dilə gətirdi.

Sonra onun təklifinə hakim partiyanın qurucularından, yaradıcılarından olan və YAP-ı parlamentdə təmsil edən millət vəkillərindən-Eldar İbrahimov, Asya Manafova, Kərim Kərimov, mərhum Zahid Qaralov və digərlərindən dəstək gəldi.

Onlar da proporsional seçki sisteminin bərpasının vacibliyini və zərurliyini vurğuladılar.

Hətta, Eldar İbrahimov parlamentdə deputatların sayının ən azı 150-yə qədər artırılmasının məqsədəuyğun olduğu söylədi.

Beləliklə, ötən 14-15 il ərzində bu məsələ  həm müxalifyönlülər, həm də bəzi müstəqillər və iqtidaryönlülər  tərəfindən dəfələrlə gündəmə gətirilsə də, amma səsləndirilən fikirlər, təkliflər elə fikirlər, təkliflər olaraq qaldı.

Bəs görəsən, qarşıdan gələn  2020-ci il parlament seçkiləri ilə əlaqədar ölkədə proporsional seçki sisteminə qayıdıla bilərmi? Əgər referendum yolu bu məsələ həllini taparsa, tam proporsional, yoxsa, yarıbayarı olmalıdır? Həmçinin, deputaların sayı nə qədər ola bilər və olmalıdı?

Bununla bağlı Etikxeber.az-ın sorğusuna cavabında hakim partiyanın tanınmış simalarından olan YAP-ın şöbə müdiri və parlamentin komitə sədrinin müavini Aydın Mirzəzadə bunlara ehtiyac olmadığını qeyd edib.

YAP funksioneri “İndiki seçki sistemi və say optimaldır”-deyə, vurğulayıb.

Digər YAP-çı millət vəkili Hikmət Babaoğlu da həmkarı kimi, eyni qənaətdədir.

O, proporsional seçki sisteminə qayıdılmasına və deputatların sayının artırılmasına ehtiyac olmadığını bildirib.

H. Babaoğlu “Hazırkı seçki sistemini və deputatların sayını məqbul hesab edirəm”-deyə, sözlərinə əlavə edib.

Millət vəkili Eldəniz Səlimov öz növbəsində patiyadaşları və həmkarları kimi düşünür.

O da hesab edir ki, yenidən proposional seçki sisteminə qayıdılmasına və deputat yerlərinin artırılmasına elə bir zəruri ehtiyac yoxdur.

aydinnn

hikmet_babaoglu_2

eldeniz qardaş

gultekinn

kamil-qudrat

“Bunları zəruri edən halları indiki reallıqlarda görmürəm. Gələcək illərdə bəlkə də bu barədə nəsə düşünülə bilər, siyasətdə heç nə istisna deyil, amma indiki realııqda bunlara ehtiyac görünmür. Onsuz da istər bələdiyyə, istərsə də parlament seçkilərində bütün partiyalar-mövqelərindən, siyasi baxışlarından asılı olmayaraq- iştirak edirlər, namizədlər irəli sürürlər, həmin namizədlərin qeydiyyata alınması, qeydiyyata alndıqdan sonra seçicilərlə bir aya gəlməsi, təbliğat-təşviqat aparılması üçün addımlar atırlar. Yəni, partiyalara seçkilərdə iştirak üçün hər cür şərait yaradılır. Bu baxımdan da, prororsional seçki sisteminə qayıdılması və ya deputat yerlərinin artırılmasına ehtiyac duyulmur. İndiki variant hər iki məsələ, hal üçün tam məqbuldur”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Ancaq sabiq milət vəkili Gültəkin Hacıbəyli əksini düşünür.

Düşünür ki, proporsional seçki sisteminə keçidin tam zamanıdır.

“Proporsional seçki sistemi bərpa olunmalıdır. Mən 75/25 nisbətində uyğun görürəm. 75 proporsional, 25 majoritar. Deputatların sayı isə 125 olaraq qalmalıdır”-deyə, o, vurğulayıb.

Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev də bir xeyli müddət öncə mətbuata açıqlamasında həm proporsional seçki sistemin bərpasının, həm də deputaların sayının artırılması tərəfdarı olduğunu bildirib.

“Proporsional seçki sisteminə keçilməsi üçün Konstitusiyaya dəyişikliklər edilməsinə, bunun üçün yenidən referendumun keçirilməsinə də o qədər ehtiyac yoxdur. Bu məsələni seçki qanunvericiliyi, Seçki Məcəlləsi ilə də tənzimləmək, reallaşdırmaq mümkündür. Yəni, elə etmək olar ki, qarşıdan gələn 2020-ci ilin parlament seçkiləri tam proporsional seçki sistemi əsasında keçirilsin. Düzdür, əvvəllər deyirdik ki, yarı majoritar, ya proporsional seçki sistemi olsun, amma indi bütövlükdə parlamentin proporsional seçki sistemi əsasında formalaşdırılmasını məqbul və məqsdəuyğun sayırıq. Çünki buna ciddi ehtiyac var”-deyən millət vəkili həmçinin qeyd edib ki, parlamentdə deputat yerlərinin artırılmasına da ehtiyac var:

“Düşünürəm ki, deputatların sayı ən azı 150 nəfər olmalıdır. Yəni, 125-dən 150-yə qaldırılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“KİMƏ MÜRACİƏT EDƏSƏN? BİABIRÇILIQDIR!” – Eks nazir cərimələndi – FOTOLAR

Read Next

“UNESKO ailəsinin üzvü olmaq mənim üçün xoşdur, böyük şərəfdir” – MEHRİBAN ƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir