“Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır” – MİLLƏT VƏKİLİ

Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib.

O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub:

Millət vəkili dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib.

Buna görə də, o,  hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.

Etikxeber.az

Read Previous

Mahir Əmiraslanov Azərbaycana ilk qızıl medalı qazandırdı – DAHA İKİ GÜLƏŞÇİMİZ FİNALDA – FOTOLAR – YENİLƏNİB

Read Next

“Maliyyə böhranı, sosial problemlər ağırlaşsa da…” -SEVİNC FƏTƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir