“Psixoloji sağlamlıqla bağlı maarifləndirmə işlərinin ləngiməsi insanları falçı, baxıcı qapısına aparır”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Xüsusi psixoloji yardım institutları yaradılmalıdır.

Etikxeber.az-ın xəbərinə görə, bunu “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Qeyd edib ki, son dövrlərdə internetin həyatımıza çox sürətlə daxil olması bizi daha da tənhalaşdırıb:

“İnsanın evi yoxdursa, işində problem varsa, bunlar hamısı onun psixoloji sağlamlığına təsir edən amillərdir. Buna görə, iş yerində rəhbərlər də nəzərə almalıdırlar ki, işçinin problemləri nə qədər çox olacaqsa, işdə məhsuldarlığı da o qədər aşağı olacaq”.

Müharibədən sonra iştirakçıların psixoloji yardımla təmin olunması məsələsinə toxunan komitə sədri bildirib ki, bu istiqamətdə də vəziyyətin yaxşılaşdırılması üçün işlər aparılmasına ehtiyac var.

Komitə sədri eyni zamanda əlavə edib ki, psixoloji sağlamlıqla bağlı maarifləndirmə işlərinin ləngiməsi insanları falçı, baxıcı qapısına aparır.

Etikxeber.az

Read Previous

Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib-MN

Read Next

Hava buludlu olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir