PSJ Rabyonu 10 milyona sata bilər…

Yarımmüdafiəçi Adrien Rabyo qış transferi pəncərəsində “Paris Sen-Jermen”i (PSJ) tərk edə bilər.

Etikxeber.az “Sports.ru”ya istinadla xəbər verir ki, Paris klubunun idman direktoru Antero Enrike 23 yaşlı orta sahə oyunçusunun satış variantı üzərində işləyir.

Rabyo PSJ ilə müqaviləsini yeniləməkdən imtina edib. Beləliklə, klub oyunçunu yay transfer pəncərəsi zamanı ödənişsiz buraxmamaq üçün qışda 10 milyon avroya satmağa hazırdır.

“Yuventus” və “Tottenham”ın Rabyonu almaq üçün 10 milyona yaxın avro ödəməsi gözlənilir.

Bundan əvvəl bildirilib ki, fransız yayda “Barselona”ya sərbəst agent kimi keçmək istəyir.

Etikxeber.az

Read Previous

Bu, bizim münasibətlərimizin səmimiliyini göstərir… – İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Neftimizin qiyməti yenidən ucuzlaşdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir