“Publik hüquqi şəxslərin sayı çoxdur və biz bunda maraqlı deyilik”-MALİYYƏ NAZİRİ

Biz də publik hüquqi şəxslərin sayının bu qədər artmasını istəmirik. Çünki həddindən artıq çoxdur.

Etikxeber.az-ın xəbərinə görə, bunu Maliyyə naziri Samir Şərifov millət vəkili, akademik Ziyad Səmədzadənin ölkədə son zamanlar publik hüquqi şəxslərin sayının artması ilə bağlı fikirlərinə-iradına münasibətini bildirərkən deyib.

Qeyd edək ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında ötən ilin büdcəsinin icra vəziyyəti ilə bağlı məsələ müzakirə olunarkən Z. Səmədzadə bir sıra vacib məqamlara toxunmuş, xüsusilə də, publik hüquqi şəxslərin artması məsələsi üzərində dayanmışdı.

O, bu məsələdən narahatlığını ifadə etmiş, bu qədər publik hüquqi şəxslərə ehtiyac olmadığını ifadə etmişdi.

Bununla bağlı Maliyyə naziri öz cavabında daha sonra qeyd edib ki, bu məsələ Nazirliyin, hökumətin diqqət mərkəzindədir və müəyyən adadımların atılması gözlənilir.

“Məsələn, Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsdir. Az da olsa, müəyyən gəlirləri var. Amma Maliyyə Nazirliyi olaraq, biz DİM-ə kömək edirik. Məsələn, imtahaların ilkin-birinci mərhələsində tələb olunan vəsaiti biz onlara veririk, sonrakı mərhələrdə isə onlar bu prosesi özləri həyata keçirirlər. Və yaxud, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsini götürək, onlar da publik hüquqi şəxsdir. Onlarla da bizim müqaviləmiz, əməkdaşlığımız var. Düzdür, onların da müəyyən qədər gəlirləri, qazancları olur, amma bu, bötüvlükdə onların ehtiyaclarını ödəmir. Ona görə də müəyyən layihələrin həyata keçirilməsi, müəyyən addımların atılması üçün onlara vəsait ypnəldirik. Yəni, belə məsələlər də var. Amma doğrudan da, bu məsələ bizi də düşündürür, narahat edir. Əslində publik hüquqi şəxsə çevrilənlər özləri-özlərini təmin etməlidirlər. Ancaq vəziyyət gördüyünüz kimidir. Bununla belə, biz də publik hüquqi şəxslərin sayının bu qədər çox olmasında maraqlı deyilik və bununla bağlı müəyyən addımların atılması mümkündür”-deyə, nazir sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Jurdom”la bağlı sonuncu statusum-yazım…-KAMİL HƏMZƏOĞLU

Read Next

“Sərvətləri başından aşır, xəzinəsi ağzınacan doludur…Hər kişinin 3-4 arvadı, 5-6 maşını, malikanələri…var, amma…”-SABİQ DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir