“Puldan imtina etdim, çünki…” – SƏKİNƏ İSMAYILOVA

“Mən Asəf Zenallı adına Misiqi Məktəbini (Kollecini) qurtaran kimi birbaşa opera sənhəsinə gəldim. O zaman da orera səhnəsində 3 xanım-3 nəhəng orera ifaçısı, 3 gözəl sənətkar vardı: rəhmətlik Rübabə xanım, Zenəb xanım və rəhmətlik Nəzakət xanım Məmmədova. Opera səhnəsində rol alan əsas xanım ifaçılar bunlardı. Eyni zamanda, 3 əsas kişi ifaçı vardı: Arif Babayev, Canəli Əkbərov və rəhmətlik Baba Mahmudoğlu. Mən belə böyük sənətkarların əhatəsində, necə deyərlər, böyüdüm, opera ifaçısı, solisti oldum. Amma hər zaman da özümə arxayın oldum, öz yolumla getdim, kimisə təkrarlamadım”.

sakina

Etikxeber.az xəbər verir ki,  bu sözləri “Space”də “Bazar günü istəkləri” verilişində tanınmış sənətkar, xanəndə, Xalq artisti, professor Səkinə İsmayılova deyib.

sakina-3

O, xatırladıb ki, opera səhnəsində də  ilk dəfə Leyli obrazını oynayanda cəmi 23 yaşı olub:

“Leyli də varlı ərəb tayfalarından birinin başçısının qızı idi. Özü də qarayanız, uzun saçları olan,  arıq, gözəl bir qızdı…Mən də həmin obrazı ifa edərkən çox arıqdım. Mən sənətimə, opera səhnəsində rol aldığıma görə, o zaman puldan, ümumiyyətlə, çox şeylərdən imtina etdim. Çünki Leyli obrazını ifa etdiyin, ümumən opera səhnəsi, sənət üçün gərək çox şeylərdən imtina edəsən, imtina etməyi bacarasan. Başqalarını deyə bilmərəm, amma mənim fikrim belədir ki, opera səhnəsində pol alan ifaçı daim səsini qorumalı, səsinin qeydinə qalmalıdır. Eyni zamanda, formada olmalıdır. Opera elə bir sənətdir, elə bir səhnədir ki, orada mikrafon yoxdur, hər şey canlı ifa üzərində qurulur. Sən orkestrə də deyə bilməzsən ki, belə etmə, belə elə, mənim səsim yerində deyil, ona görə tembri aşağı sal və ya yox…Odur ki, mən o zaman çox şeylərdən imtina etməli oldum. Bu, o, demək deyildi ki, mənim nəyəsə, madiyyata ehtiyacım yoxuydu, təbii ki, vardı,  amma mən sənətimi, səhnəni hər şeydən üstün tutdum. Mən bunu tələbələrimə də deyirəm. Deyirəm ki, hər zaman səslərini qorusunlar, səslərinin, sənətlərinin qədrinə qalsınlar”.

Tanınmış sənətkar həmçinin, təkəbbürlü insanları qəbul etmədiyini, paxıl insanları sevmədiyini bildirib.

“Deyirəm paxıllıq olmasaydı hər sahədə nə qədər irəli getmək, nə qədər gözəl  olardı…”-deyə, S. İsmayılova sözlərinə əlavə edib.

KAMİL
Etikxeber.az

 

Read Previous

Sarkisyanın helikopteri vurula bilərmi?-POLİTOLOQ İSTİSNA ETMİR, AMMA…

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva Fərid Qayıbovu təbrik etdilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir