“Pullu, ödənişli təhsil olar?” – YAQUB MƏMMƏDOV “ÜSYAN” ETDİ

Mən lap əvvəldən dövlət ali təhsil və orta ixtisas məktəblərində pullu, ödənişli təhsilin əleyhinə olmuşam. Bunu bir elm adamı, ali təhsil işçisi olaraq, qəti surətdə qəbul etmirəm. Çünki bu, həm maddi, həm mənəvi cəhətdən, bütün cəhətlərin hamısını götürsək, düzgün qərar, doğru hərəkət deyil.

Bunu Etikxeber.az-a açıqlamasında tanınmış ictimai-siyasi xadim, professor, eks-spiker Yaqub Məmmədov deyib.

YAQUB-12

“Necə ola bilər ki, sən pis oxuyursan, aşağı bal toplayırsan,  amma gəl pulunu keçir, oxu?! Bu, biliyə olan münasibətdir, bu, tələbələrin səviyyəsinə olan münasibətdir. Yaxşı oxuyanlar  pulsuz olmalıdır, pis oxuyanlar pullu olmalıdır. Belə şey ola bilməz”-deyən Y. Məmmədov bildirib ki, dünyanın heç bir ölkəsində belə bir məsələ yoxdur.

“Ümumiyyətlə, Azərbaycan kimi varlı dövlətin, imkanı olan ölkənin pullu təhsil sistemi tətbiq etməsini məqbul hesab etmirəm. Bu, düzgün deyil. Pullu, ödənişli təhsil ləğv edilməlidir, biliklilər, savadlılar, dünyagörüşlülər ali məktəblərdə oxumalı və pulsuz təhsil almalıdırlar”-deyə, tanınmış ziyalı sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Nabranda dənizdə batan uşağın meyiti Rusiyada tapıldı – FHN MƏLUMAT YAYDI

Read Next

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin – İLK OYUNLARI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir