Putin Ərdoğanla zarafatlaşdı:”Kəşfiyyatın rəhbəri buradadırsa, bizim danışıq aparmağa nə gərək var?”

19d8546292aabe7278e52e9b9d43a8a8

Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRəcəb Tayip Ərdoğan Çinin Xançjou şəhərində iki ölkə arasında hərtərəfli əməkdaşlığın bərpası və energetika sahəsində əməkdaşlığının genişləndirilməsi məsələlərini  müzakirə ediblər.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, “yenidən görüşmək, sizin Sankt-Peterburqa səfəriniz zamanı əldə etdiyimiz razılaşmaların icrasını müzakirə etmək imkanından məmnunam” – deyə, Putin görüşün əvvəlində türkiyəli həmkarına bildirib.  “Əlbəttə, bütün istiqamətlər üzrə tamformatlı əməkdaşlığın bərpa olunması üçün hələ çox iş görülməlidir. Biz məhz bunlar barədə bu gün danışacağıq”, – deyə Putin əlavə edib.

Ərdoğan da öz növbəsində, prezidentlərin Sankt Peterbuq görüşünün gündəliyində yer alan  ikitərəfli əməkdaşlığa dair bütün məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.

“Energetika mövzusunda da məsələləri müzakirə etmək mümkün olacaq, çünki bu sahədə müəyyən inkişaf müşahidə olunur”- deyə, Ərdoğan bildirərək, bu sahədə irəliləyişə nail olmaq üçün lazımi addımların atılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, görüşdən əvvəl Putin və Ərdoğan bir-biri ilə və hər iki ölkənin nümayəndə heyətinin hər bir üzvü  ilə əl sıxıblar.

Danışıqların protokol hissəsinin xoş  mühitdə keçdiyi qeyd olunur. Belə ki, Ərdoğan görüş iştirakçıları arasındakı Türkiyənin Milli Kəşfiyyat Xidmətinin rəhbərini təqdim edərkən, Putin zarafat edib: “Əgər kəşfiyyat xidmətinin rəhbəri buradadırsa, bizim danışıq aparmağa nə gərək var? O, çox güman ki, sizə hər şeyi artıq məruzə edib”.

Etikxeber.az

 

Read Previous

Komandalarımız Bakı Şahmat Olimpiadasının ikinci turunda da uğurla mübarizə aparıblar

Read Next

FİDE prezidenti: “Azərbaycana necə azarkeşlik etməyək?”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir