Putin İlham Əliyevə telefonla zəng-ETDİ

Mayın 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Həmçinin, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər.

Etikxeber.az

Read Previous

“Masaların arasında məsafə 2 metrdən, masalarda insanlar arasında məsafə 1 metrdən az olmamalıdır…”-İLQAR MUSTAFAYEV – YENİLƏNİB – (1)

Read Next

Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə videokonfrans formatında-GÖRÜŞÜ OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir