Putin İlham Əliyevə-MİNNƏTDARLIQ BİLDİRDİ…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. 

Etikxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Məlumatda bildirilib ki, Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.

Etikxeber.az

Read Previous

“Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu…”-PƏRVİN KƏRİMZADƏ

Read Next

“4 ay ərzində nələr nəzərdə tutulmuşdusa, nələr mümkün idisə, hamısı reallaşdırıldı…”-JALƏ ƏLİYEVA SAHİBƏ QAFAROVAYA MİNNƏTDARLIQ İFADƏ ETDİ – MÜSAHİBƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir