Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.
Etikxeber.az xəbər verir ki, bu barədə məlumat Rusiyanın rəsmi hüquq informasiya portalında yerləşdirilib.
Məlumatda bildirilir ki, Rusiya prezidentinin 9 avqust 2019-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Mehriban Əliyeva həmçinin, 2008-ci ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, 2011-ci ildə Fransanın “Şərəf Legionunun Zabiti” dövlət ordeni, 2015-ci ildə isə Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni, 2018-ci ildə isə İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə ilə təltif olunub.
Eyni zamanda, qeyd edək ki, Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır.
Etikxeber.az