Putin Trampı təriflədi: Cəld cavab verir…

Rusiya prezidenti Vladimir Putin “G-20” sammiti çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, həyatdakı Tramp televiziya efirlərindəkindən çox fərqlidir.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Putin  danışıqların nəticəsində Tramla şəxsi münasibətlərin qurulduğunu vurğulayıb.

“Fikrimcə, əgər biz ünsiyyətimizi bu cür davam etdirsək, çox güman ki, münasibətimizi lazım olan səviyyədə bərpa etmiş olacağıq”- deyə, Rusiya prezidenti qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Tramp həmsöhbətini çox adekvat qəbul edir və verilən suallara cəld cavab verir.

Etikxeber.az

Read Previous

Xüsusi qabiliyyət tələb edən ixtisaslara elektron qeydiyyat başlandı

Read Next

“ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu” təsis edildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir