Putinin mətbuat konfransının vaxtını dəyişdirdi

Rusiya Prezidentinin mətbuat konfransının vaxtı dəyişdirilib.

Etikxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Kremlin nümayəndəsi Dmitri Peskov deyib.

O qeyd edib ki, RF Prezidenti Vladimir Putinin böyük mətbuat konfransının vaxtı dekabrın 23-nə keçirilib.

D.Peskovun sözlərinə görə, dövlət başçısı Rusiyanın Türkiyədə qətlə yetirilmiş səfirinin cümə axşamı keçiriləcək dəfn mərasimində iştirak edəcək:

“Vladimir Putin həmin gün mətbuat konfransının keçirilməməsi barədə qərar qəbul edib. Beləliklə, mətbuat konfransı bir gün sonra – dekabrın 23-də təşkil olunacaq”.

Etikxeber.az

Read Previous

Qış gəlir- Saat 14:44-də

Read Next

Vüsal Kərimlidən “zor” və “rüşvət” ETİRAFI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir