“Putinlə hadisənin Türkiyə-Rusiya münasibətlərinə yönəlmiş təxribat olmasında həmfikirik” – ƏRDOĞAN

“Dünən axşam olaydan sonra Rusiya prezidenti Vladimir Putinə zəng etdim. Hadisənin Türkiyə-Rusiya münasibətlərinə yönəlmiş təxribat olmasında həmfikirik”.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Avrasiya tunelinin açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə prezidenti deyib ki, Türkiyənin Rusiyadakı səfiri Andrey Karlovun qətlə yetirilməsinin araşdırılması üçün Rusiya ilə birgə komissiya yaradılıb və fəaliyyətə başlayıb:

“Suriya başda olmaqla, Rusiya ilə artan əməkdaşlığımızın zərər çəkməyəcəyimizə əminik. Terror aktlarında böyük itkilər vermiş ölkə kimi bu hadisə təhlükəsizlik qüvvələrimizə hücumlar qədər üzüb. Bir daha Rusiyaya, səfir Karlovun ailəsinə başsağlığı verirəm”.

Etikxeber.az

Read Previous

Yevlax və Bərdədə mənşəyi məlum olmayan ət aşkarlandı – FOTO

Read Next

Rusiya səfirini öldürən terrorçu hücuma oteldə hazırlaşıbmış…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir