Putinlə Merkel telefonda nədə anlaşdılar?

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Etikxeber.az-ın “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin saytı məlumat yayıb.

Məlumata görə, Putin və Merkel Rusiya qazının Ukrayna üzərindən Avropa istehlakçılarına tədarükünü müzakirə ediblər.

Putin qeyd edib ki, Ukrayna Rusiyadan qaz tədarükünə dair məsələni razılaşdırmaqdan boyun qaçırır, bu da Avropaya qaz tədarükünə təhlükə yaradır.

Bundan başqa, Putin Merkeli beynəlxalq terrorçuluqla mübarizədə Rusiyanın addımları və Suriyaya göndərilən humanitar yardımlar barədə məlumatlandırıb.

Qeyd edək ki, telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

Etikxeber.az

Read Previous

Hələb yenidən Əsədin “əlinə” keçdi, Lavrovla Çavuşoğlu arasında yenidən gərgin telefon söhbəti oldu

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 54 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir