Pyer-Emerik Obameyanq qış transfer pəncərəsində komandanı tərk etməyəcək…

“Borussiya” futbol klubunun hücumçusu Pyer-Emerik Obameyanq qış transfer pəncərəsində komandanı tərk etməyəcək.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, klub rəhbərliyi futbolçunu gələn ilin yayınadək heyətində saxlamaq istəyir. Həmçinin Obemeyanqın mövsümün ikinci hissəsində “Borussiya”nın ölkə çempionatında UEFA Çempionlar Liqasına vəsiqə qazanması uğrunda mübarizədə kömək etməsinin vacibliyi vurğulanıb.

Almaniya təmsilçisi hücum xəttinin gücləndirilməsi istiqamətində mühüm addımlar atmağı planlaşdırır. Belə ki, qış transfer pəncərəsində “Borussiya” komandası “Arsenal”ın hücumçusu Olivye Jirunu heyətinə qatacaq.

Qeyd edək ki, Almaniya klubu yayda 70 milyon avro müqabilində Obameyanqın transferinə razılıq verəcək.

Etikxeber.az

Read Previous

“2018–2024-cü illərdə sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edildi

Read Next

Riberi “Bavariya”nın heyətində rekorda imza atdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir