Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Qəbələ” futbol komandası Topaz Premyer Liqasının 2019-2020-ci illər mövsümünün hazırlığını davam etdirir.
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Dinamo” (Tbilisi, Gürcüstan) ilə oyunlardan sonra məşqlərinə bir günlük ara verən “qırmızı-qaralar” Bakıda toplaşıb.
Etikxeber.az xəbər verir ki, komandamız avqustun 5-də Küveytin “Əl Salmiyə” klubu ilə yoldaşlıq görüşü keçirib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil edilən oyunda Sənan Qurbanovun yetirmələri 2:0 hesabı ilə qələbə qazanıblar.
Matçda “qırmızı-qaralar”ın heyətində qolları Asif Məmmədov (70-ci dəqiqə) və Fernan Lopez (87-ci dəqiqə) vurublar.
Etikxeber.az