“Qəbələ” məğlub oldu – YENİLƏNİB

Hazırda “Qəbələ” komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində üçüncü turun qarşılaşmasına çıxıb.

Etikxeber.az xəbər verir ki, “C” qrupunda mübarizə aparan təmsilçimiz səfər matçında “Joffrua Qişar” stadionunda Fransanın “Sent-Etyen” klubu ilə qarşılaşır.

Görüşü Ali Palabıyıkın rəhbərliyi ilə türkiyəli hakimlər briqadası idarə edir. Ona Cem Satman və Əkrəm Kan kömək edirlər.

Matçda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Sergey Zenyov, Ruslan Qurbanov, Asif Məmmədov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Filip Ozobiç, Rikardinyo, Urfan Abbasov və Teo Uiks yer alıblar.

Fransa təmsilçisinin ilk onbirliyində isə Cesi Mulin, Kevin Teofil Katrin, Noaln Ru, Usama Tannane, Henri Saive, Şeyx Mbengi, Cordan Veretut, Ole Selnaes, Florentin Poqba, Kevin Mone Pake və Loik Perrin meydana çıxıblar.

****

“Qəbələ” matçın 70-ci dəqiqəsində Rikardinyonun avtoqolu ilə hesabda geri düşüb: 1-0. Oyun elə bu hesabla da başa çatıb.

Etikxeber.az

Read Previous

“Rəqibi öncədən yetərincə incələmişdik” – QURBAN QURBANOV

Read Next

“Bu, hörmətsizlikdir”- Buddistlərdən Ronalduya fotoya görə sərt təpki

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir