“Qəbələ”-nin altı futbolçusu milliyə dəvət olundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.

Etikxeber.az xəbər verir ki, Bakıda hazırlıq keçən yığmanın düşərgəsində 27 futbolçu məşq edir.

Toplanışa qatılan heyətdə “Qəbələ” klubunun 6 futbolçusu yer alıb. U-21-in hazırlıqlarında qapıçılar Süleyman Süleymanovla Murad Popov, müdafiəçi Bəhlul Mustafazadə, yarımmüdafiəçilər Roman Hüseynov, Qismət Alıyev və Ehtiram Şahverdiyev iştirak edirlər.

Yığmanın təlim-məşq toplanışı noyabrın 16-dək davam edəcək.

Etikxeber.az

Read Previous

Güləşçilərimiz Qitələrərarası Kubok – Alrosa Kuboku uğrunda yarışacaq

Read Next

Klinton liderdir – “Slate”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir