“Qəbələ Xanlar” müştərilərini belə soyur – FOTOFAKT

Son bir neçə ildə ölkəmizə turizm axının surətlənməsi bəzi işbazlar üçün sözün əsl mənasında “fürsət” kimi dəyərləndirilib.

Etikxeber.az 7NEWS.az-a istinadən xəbər verir ki, Füsünkar regionlarımıza mütəmadi səfər edən turistlər, öz vətəndaşlarımız restoranların, istirahət mərkəzlərinin özbaşınalıqlarından gileylənirlər.

Şikayətlərin böyük bir qismi müştəri məmnuniyyətinin təmin edilməməsi ilə bağlıdırsa, digər bir qismi isə əslində cinayət elementi olan maliyyə maxinasiyaları ilə bağlıdır.

Belə şikayətlərdən biri də Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən “Qəbələ Xanlar” turizm istirahət mərkəzi ilə bağlı daxil olub.

Şikayətdə qeyd olunur ki,menudakı qiymətlərlə qəbzdəki qiymətlər arasında ciddi uyğunsuzluqlar var (red. foto əlavə edilib). Bundan başqa müştəri sifariş vermədiyi qidaların pulunu ödəmək məcburiyyətində qalıb.

Analoji hal ölkənin bir çox restoranlarında da müşaiyət olunmaqdadır. Məhz bu səbəbdən də ölkə başçısı ölkənin turizm imicinə xələl gətirən sahibkarlarla bağlı ciddi ölçü götürülməsini aidiyyatı qurumlara dəfələrlə tapşırmışdır. Bu mənada biz də aidiyyatı qurumlara sorğu göndərmək, olayın səbəbkarlarının qanuna müvafiq qaydada hansı formada cəzalandırılacaqlarına aydınlıq gətirəcəyik.

Turizm mərkəzinin mövqeyini dərc etmək üçün axtarış sistemində hər hansı əlaqə vasitəsi axtarsaq da cəhdlərimiz uğursuz oldu.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.


xanlar

Etikxeber.az

Read Previous

Qaradağ rayonuna elektrik enerjisinin verilişi dayandırılır – BU GÜN

Read Next

“Mançester Yunayted”in iki əsas futbolçusu sıradan çıxdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir