Heç vaxt ad günü qeyd edilə bilməyən Qəbələli İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək və subay oğlu-ELMƏDDİN MUSTAFAYEVİN BU GÜN 22 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Qəbələ rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Məhəmməd oğlu Mustafayevin doğum günüdür.

Elməddin Mustafayevin bu gün 22 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elməddin Mustafayev 2001-ci il ilin 1 may günündə Qəbələ rayonunda sadə-kasıb bir ailədə dünyaya göz açıb…

Ailəsinin-valideynlərinin maddi durumu çox ağır olduğu üçün Qəbələ rayonunda yerləşən internat məktəbinin yataqxanasında (zirzəmisində) böyüyüb, boya-başa çatıb…

Evin-ailənin iki övladından biri və tək bacının tək qardaşı olub…

Eyni zamanda, maddi durumları çətin olduğu üçün ailəsi heç vaxt ona-Elməddinə doğum günü keçirə bilməyib…

Əvvəlcə orta məktəbdə, sonra isə Peşə məktəbində oxuyub, aşpazlıq ixtisasına yiyələnib…

Sonra, 2019-cu ilin iyul tarixində həqiqi hərbi xidmətə, Əsgərliyə, Vətənin keşiyinə yollanıb…

Əsgərliyinin başa çatmasına cəmi aylar-2 ay 25 gün qalmış Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Mühraibəsinə qatılıb, Vətənin müdafiəsinə qalxıb…

Şərəfli döyüş yolu 14 gün çəkib…

Axırıncı dəfə isə oktyabrın 9-da ailəsi-valideynləri ilə danışıb…

Və oktyabr ayının 10-da Füzuli istiqamətində qanlı döyüşlərdən birində, cəmi 19 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi isə bir gün sonra, oktyabrın 11-də Qəbələ rayon qəbiristanlığında uğurlanıb…

Şəhidliyindən sonra 5 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

19 yaşında Şəhidlik məqamına ucalan Elməddin həm də subay olub…

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin ailə üzvləri, doğmaları tərəfindən məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Axşam saatlarında isə Şəhidin ocağında adına ehsan süfrəsi açılıb.

“Quran” oxunub, bir daha ruhuna dualar olunub.

Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik edilib.

Ehsan süfrəsində Şəhidin ailə üzvləri, yaxınları, bir neçə Qəbələli, Bərdəli və İsmayıllılı Şəhid ailəsi iştirak edib.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

20:00

***

FOTOLAR:

23:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabirabadda yolların əsaslı təmirinə 2,9 milyon manat ayrıldı-SƏRƏNCAM

Read Next

İki can dostu Şəhid olan evin-ailənin tək oğlu, ali təhsilini yarımçıq saxlayıb Vətənin müdafiəsinə atılan-İSMAYILLILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI ORXAN BABAZADƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir