Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qəbələ şəhərinin 2500 illiyi qeyd olunmalıdır.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Tahir Kərimli təklif edib.
O, qeyd edib ki, Qəbələ Azərbaycanın və dünyanın ən qədim yaşayış məskənlərindəndir.
“Bu barədə tarixi faktlar və sənədlər də var. Ona görə yaxşı olardı ki, Qəbələnin yaranmasının 2500 illiyi qeyd olunsun”-deyə, millət vəkili əlavə edib.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə burada hökumətin yox, Ombudsmanın hesabatının müzakirə olunduğunu bildirib və əlavə edib ki, səslənən məsələ bugünkü müzakirələrin mövzusu deyil.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az