Qəbiristanlıqla bağlı qaydaların pozulmasına görə inzibati işlərə kim baxacaq? – DƏYİŞİKLİK

Qəbiristanlıqlarla bağlı iki məcəlləyə dəyişiklik edildi

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulması və qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsi ilə bağlı inzibati xətalara dair işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin (MM) plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişiklik barədə məlumat verən MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, İnzibati Xətalar və Ailə Məcəlləsinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək cərimə nəzərdə tutulub.

Həmçinin, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Hesablama Palatası bunları zamanında aşkarlamalıdır ki…” – DEPUTAT- YENİLƏNİB – (5)

Read Next

“Bir dədəsinə heykəl, biri küçəyə ad verilməsini istədi…” – FAZİL MUSTAFA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir