Qəbristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanıldı-LƏNKƏRANDA

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir boruların oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Etikxeber.az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan mətbuata verilən məlumata görə, Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nail Cəfərov və İlqar Rəhimov müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı hər ikisinin üzərindən metamfetamin aşkarlanaraq götürülüb. N.Cəfərov və İ.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Etikxeber.az

Read Previous

Ailənin tək və subay oğlu, Cənnətdəki ilk doğum günü, 20 yaşı tamam olan-AĞDAŞLI ANTİTERROR ŞƏHİDİ İQBAL RZAYEV…

Read Next

Dayısı Birinci Qarabağ Savaşı, özü isə İkinci Vətən Müharibəsi Şəhidi olan, atasını və tək bacısını itirən-GORANBOYLU SƏMƏD RZAYEVİN BU CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir