“Qəbula gələnlər kəndin içməli su probleminin qismən həllini tapdığını, lakin hazırda əkin sahələrinin suvarılması ilə bağlı su qıtlığı yaşandığını bildirdilər…”-JALƏ ƏLİYEVA SEÇİCİLƏRİ İLƏ NÖVBƏTİ VİDEOQƏBULUNU KEÇİRDİ VƏ… – FOTOLAR

İyul ayının 25-də Ucar rayonunun deputatı olduğum Bərgüşad kəndindən bir qrup seçici ilə online videoqəbul keçirdik. Kənd sakinlərinə qarşıdan gələn qurban bayramı münasibətilə təbriklərimizi çatdırdıq. Kənd ağsaqqalı Hacı Səməd Alıyev və digər seçicilər kəndin elektrik sisteminin yenidən və əsaslı şəkildə təmir edilməsində göstərdiyimiz köməyə görə təşəkkürlərini bildirdilər. Qəbula gələnlər kəndin içməli su probleminin qismən həllini tapdığını, hazırda əkin sahələrinin suvarılması ilə bağlı su qıtlığı yaşandığını bildirdilər.

Etikxeber.az-ın xəbərinə görə, bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsinin deputatı Jalə Əliyeva qeyd edib.

Bildirib ki, bu məsələnin birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğu və əlaqədar qurumlara problemin köklü həlli üçün ölkə Prezident tərəfindən tapşırıq verildiyi diqqətə çatdırılıb.

“Görüşdə kəndin yol problemi də müzakirə edildi. Kənd ziyalısı Pərviz Xəlilov Rusiyada erməni təxribatıyla qarşılaşan soydaşlarımızla bağlı narahatlığını ifadə etdi. Dövlətimizin gücü və iradəsi sayəsində bu problemin də öhdəsindən gələcəyimizi, buna olan əminliyimizi Bərgüşad sakinlərinin diqqətinə çatdırdıq. Kənd sakini Mais Həsənov, qardaşı Oqtay Həsənovun müalicəsinə və əməliyyatına bu günə qədər göstərdiyimiz dəstəyə görə təşəkkürünü bildirdi, eyni zamanda, xəstəyə əlavə yardım edilməsinə ehtiyac olduğunu dedi. Videoqəbulun gedişatında məsələ ilə bağlı Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlanıldı. Xəstə yaxınlarının, xəstənin müalicəsinin göndəriş əsasında Bakıda davam etdirilməsi istəkləri nəzərə alınaraq bazar ertəsi rayon xəstəxanasında müayinə keçməsi və daha sonra paytaxt xəstəxanasına göndəriş verilməsi tövsiyə olundu. Fərdi xarakterli digər məsələlər də dinlənildi və həlli üçün əlaqədar yerli icra qurumlarına müraciətlər ünvanlandı…”-deyə, J. Əliyeva qeyd edib.

Etikxeber.az

Read Previous

MM-in Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu-MEKSİKA PARLAMENTİNƏ MÜRACİƏT ETDİ

Read Next

Malayziya parlamentindən Qarabağ məsələsində-AZƏRBAYCANA DƏSTƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir