Qəddarlıqla qətlə yetirilən Nərmin Quliyeva-DƏFN EDİLDİ

Tovuzda vəhşicəsinə və qəddarlıqla qətlə yetirilən 10 yaşlı Nərmin Quliyeva dəfn edilib.

Etikxeber.az xəbər verir ki, N.Quliyeva Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.  

Xatıladaq ki, ötən ilin noyabrın 21-də itkin düşən N.Quliyevanın meyiti bu il yanvarın 6-da yanmış vəziyyətdə Donbdar Quşçu kəndi ərazisində tapılıb.

Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər. 

Etikxeber.az

Read Previous

180-ə yaxın insan həyatını itirdi-ZELENSKİ OMANA GEDƏSİ OLMADI – FOTO – YENİLƏNİB – (3)

Read Next

Şəhidimiz-TORPAĞA TAPŞIRILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir