“Qədr bilən, dost, qardaş, sirdaş sözünə layiq kəslərdən olaq…” – DEPUTATIN YAZISI

İlin bitməsinə sayılı saatlar qaldı.

Marketlərdən tutmuş yola qədər – hər yer tıxacdı. Hamı harasa tələsir, bayram tədarükü görür.

Şükür bu günə.

Bayram əhval ruhiyyəsində olmaq, bayramlaşmaq həqiqətən çox gözəldir.

Belə məqamda hamıya arzum və bir az yekə çıxsa da tövsiyyəm budur: Kimləsə küsülü qalmayın, alın həmin insanların könlünü, özünüz cəhd edin, təşəbbüs göstərin, qüruru-filanı kənara qoyub əl uzadın, böyüklük edin.

Həyatın nə zaman bitəcəyi, hansı ilin həyatımızda son il olacağı heç bəlli olmaz. Çün, hamı bir alın yazısı, bir qismət yaşayır.

Məndən incik olanları yaşından, vəzifəsindən, kimliyindən asılı olmayaraq bir-bir zəng vurub, yazıb təbrik edəcəm. Gerisi onlara qalmış…

Növbəti il hamıya, ələlxüsus da əziz dostlarım – Sizlərə düşərli olsun.

Qədr bilən, dost, qardaş, sirdaş sözünə layiq kəslərdən olaq.

Özümzü tanımağı, bəsirət gözümüzü daim açıq saxlamağı bacaraq.

Ən əsası: sevdiklərimiz aralarımızdan getməsin, seyrəlməsin, ölməsin, bizi yasa boğmasın…

Özümə nə arzu edirəmsə, onun min yox milyon qatını dostlarıma arzulayıram.

Nə yaxşı varsınız.

Tanrı sizi qorusun.

Qarşıdan gələn bayram(lar)ınız mübarək!

Elşən MUSAYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Ömür başqası ilə paylaşılanda əbədi olur! – ZAHİD ORUC YAZIR

Read Next

“İran qaynasa, Bakıya yüz minlərlə soydaşımız gələ bilər…” – POLİTOLOQUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir