Qələbəyə cəmi saatlar qalmış Şəhidlik məqamına ucalan Vətən sevdalısı-MAYOR, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN EMİN SÜLEYMANOV – BU GÜN ONUN 46 YAŞI TAMAM ODU… – FOTOLAR – YENİLƏNİB – (3)

İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən Emin Bəhmən oğlu Süleymanovun doğum günüdür.

Emin Süleymanovun bu gün 46 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, 1977-ci ilin iyul ayının 21-də İmişli rayonunun Xubyarlı kəndində dünyaya gələn Emin Süleymanov ailənin 7 övladından biri olub.

Ailədə 5 qardaş, 2 bacı olublar.

İki qardaş və bir bacısını, o cümlədən atasını illər öncə itirib.

1983-1992-ci illərdə orta məktəbin rus bölməsində oxuyub, 1992-95-ci illərdə Cəmiş Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib.

1995-99-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsilə yiyələnib, ona Leytenant hərbi rütbəsi verilib.

Sonrakı illərdə Mayor rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

43 günlük şərəfli döyüş yolu keçib.

Şuşanın azad edilməsindən bir gün sonra, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış, noyabr ayının 9-da isə Şuşa-Laçın dəhlizi istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Şəhidliyi barədə isə həmin gün ailəsinə, həyat yoldaşına məlumat verilib, ancaq nəşi 4 gün sonra, 2020-ci ilin noyabr ayının 13-də doğulub boya-başa çatdığı İmişlinin Xubyarlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Emin Süleymanovun iki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb.

Emin həm də 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından, Qəhrəmanlarından olub.

İstər Şəhidliyindən öncə, istərsə Şəhidliyindən sonra həm Ali Baş Komandanın, həm də Müdafiə nazirinin əmri ilə bir neçə medalla təltif olunub.

***

Cənnətdəki üçüncü ad günü, 46 yaşının tamam olması ilə bağlı Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarını ziyarətdən sonra ailə üzvlərinin, yaxınlarının, İmişli, Bərdə və Ağdaşdan olan Şəhid ailələrinin, tələbə yoldaşlarının, hərbçilərin, İmişli rayon rəhbərliyinin iştirakıyla Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı adına ehsan süfrəsinə açılıb.

Bir daha ruhuna dualar oxunub, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik olunub, bir daha anası-Tamara xanıma və ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:12

***

FOTOLAR:

DƏRDLİ, YARALI, HƏM DƏ QƏHRƏMAN ANA…EMİN SÜLEYMANOVUN ANASI TAMARA ANA…

***

20:00

***

İMİŞLİLİ, BƏRDƏ VƏ AĞDAŞLI ŞƏHİD ANALARI…DƏRD VƏ QÜRUR ORTAQLARI…QƏHRƏMAN ANALAR…

21:00

***

21:30

***

EMİN SÜLEYMANOVUN İŞ-HƏRBÇİ-DÖYÜŞÇÜ YOLDAŞLARI…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm…O, mənə çox yardımçı olur…”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB – (3)

Read Next

“Dəmir Yumruq Alfa-A” Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı, Şəhid anaları, Qazilər və Vətən müharibəsi veteranlarının iştirakı ilə Milli Mətbuat Gününə həsr olunmuş-TƏDBİR DÜZƏNLƏNDİ, GÖZƏL BİR GÜN YAŞANDI – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir