Qənirə Paşayeva Aqramuntun çıxışından yazdı

“Strasburqda AŞPA-nın payız sessiyası başladı. Açılışda çıxış edən AŞPA sədri Pedro Aqramunt Avropa Şurası məkanındakı münaqişələrdən də danışdı”.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

“O, qeyd etdi ki, bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir:”Ukraynada baş verən münaqişə, Krımın ilhaq olunması, eyni zamanda, Gürcüstan, Moldova və Azərbaycandakı münaqişə qəbuledilməzdir. Avropalı olaraq, biz yaşadığımız ümumi məkanımızda baş verən münaqişələri həll etməliyik və burada parlament diplomatiyası siyasi danışıqları ruhlandırmaq istiqamətində adekvat vasitədir. Biz bizi ayıran fərqli fikirləri müzakirə edərək, bunu burada qarşı-qarşıya oturub çəkinmədən etməli, birlikdə çıxış yolları tapmalıyıq”-deyə, millət vəkili sonra yazıb.

Etikxeber.az

Read Previous

Qaz ticarətində bölgəmizdə etibarlı tərəfdaş kimi çəkimiz artacaq – ƏRDOĞAN

Read Next

“Ərdoğanla “Türk axını” barədə ətraflı danışdıq və…” – PUTİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir