Qənirə Paşayeva bu dəfə Bozalqanlı və İbrahimhacılıda – FOTOLAR – YENİLƏNİB – (1)

105 saylı Tovuz Seçki Dairəsindən 3-cü dəfə deputatlığa namizəd, Azərbaycanın AŞPA və “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətlərinin üzvü, Milli Məclisin (MM) Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvü, professor Qənirə Paşayeva seçki kampaniyasını ara vermədən davam etdirir.

Etikxeber.az-ın xəbərinə görə, hətta, AŞPA-nın yanvar-qış sessiyasına qatılmayan deputatlığa namizəd seçicilərlə bir arada olmağa üstünlük verib və təbliğat-təşviqat kampaniyası çərçivəsində bu dəfə Tovuzun Bozalqanlı kəndində olub, seçicilərlə görüşüb, onları dinləyib.

Özü isə Bozalqanlı təəssüratlarını belə bölüşüb:

“Kəndlərimizi qarış –qarış gəzməyə davam edirik. Tovuzun ən qədim və çoxlu sayda ziyalılar yetişdirmiş əziz Bozalqanlı kəndində seçicilərlə görüşdük, gözəl fikir mübadiləsi apardıq. Onların fikirlərini, qayğılarını dinlədik və hər zaman olduğu kimi bu seçkilərdə də mənə etimad və dəstək göstərəcəklərini söyləyən seçicilərimizə təşəkkürümü bildirirəm. Onların dəstəyinin mənəvi anlamı çox böyükdür. “Sizi bu illər ərzində təmsil etmək böyük şərəfdir”, dedim və “bundan sonra da etimad göstərərsinizsə, etimadınıza layiq ola bilmək üçün var gücümlə çalışacağam” fikrimi yenə də vurğuladım.Təşəkkürlər, əziz Bozalqanlı!

Millət vəkili Bozalqanlıda eyni zamanda, şəhid ailələrinə baş çəkib və bunları qeyd edib:

“Bozalqanlı kəndimizdə əziz və dəyərli şəhid analarımızı ziyarətimiz davam edir. Onlar bizim ən dəyərlilərimizdir. Dəyərli şəhid anamızla gözəl görüş oldu, fikir və qayğılarını dinlədik. Nur içində yatsın, şəhidlərimiz! Allah bütün şəhid analarımızı qorusun!”

Sonra “Şəhid ailələrimizə, Qarabağ müharibəsi əlilləri və veteranlarımıza hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır” – deyən Q.Paşayeva şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı bildirib.

Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan Q.Paşayeva “Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş,  bu görüşün bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibət necə olmalıdır”- deyərək, çox gözəl örnək olmasını xüsusi vurğulayıb.

Q.Paşayeva bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə ölkə Prezidentin şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

***

Deputatlığa namizəd bu gün Tovuzun İbrahimhacılı kəndində də olub və bunları bildirib:

“Tovuzun qədim və böyük kəndlərindən biri olan əziz İbrahimhacılı kəndini qarış-qarış gəzməyə başladıq. Sakinlərimizi ziyarət edib, onların fikir, təklif və qayğılarını dinlədik. Hər zaman olduğu kimi, yanınızdayıq dedik. Dəstək və etimadlarından dolayı təkrar təşəkkür edirəm!”

***

“Kəndlərimizi qarış –qarış gəzməyə davam edirik. Tovuzun qədim və böyük kəndlərindən biri olan əziz İbrahimhacılı kəndində seçicilərlə görüşdük, gözəl fikir mübadiləsi apardıq. Onların fikirlərini, qayğılarını dinlədik və hər zaman olduğu kimi bu seçkilərdə də mənə etimad və dəstək göstərəcəklərini söyləyən seçicilərimizə təşəkkürümü bildirirəm. Onların dəstəyinin mənəvi anlamı çox böyükdür.”Sizi bu illər ərzində təmsil etmək böyük şərəfdir”, dedim və “Bundan sonra da etimad göstərərsinizsə etimadınıza layiq ola bilmək üçün var gücümlə çalışacağam”, fikrimi yenə də vurğuladım.Təşəkkürlər, əziz İbrahimhacılı sakinləri! “.

Bunu da deputatlığa namizəd qeyd edib.

Etikxeber.az

Read Previous

“Üçü də savadlı, üçü də ləyaqətli və mərd!” – JALƏ ƏLİYEVA – FOTOLAR

Read Next

“Böyük qəsəbədir, xirtdəyə qədər də problemi…” – ƏMƏKDAR JURNALİST – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir