Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
105 saylı Tovuz Seçki Dairəsindən 4-cü dəfə deputatlığa namizəd, professor Qənirə Paşayeva Tovuzun qədim kəndlərindən biri olan əziz Hunanlar kəndində qəhrəman şəhidimiz Mehman Sadıqovun ailəsini ziyarət edib.
Etikxeber.az-ın xəbərinə görə, deputatlığa namizəd şəhid ailəsi ilə səmimi söhbət edib, onların xeyir-dualarını aldıb.
“Şəhid ailələri başımızın tacıdır. Onların dəstəyi mənim üçün mənəvi anlamda ən önəmli dəstəkdir”– deyən Q.Paşayeva bundan sonra da onların dəstəyinə layiq ola bilmək üçün əlindən gələni edəcəyini deyib.
O, sonra “Əziz Mehman qardaşımız nur içində yatsın. Allah bu gözəl ailəmizə hər zaman yardımçı olsun!”-deyə, bildirib.
***
Q.Paşayeva həmçinin, şəhid Habil Cəfərovun ailəsini ziyarət edib.
“Habil qardaşımız nur içində yatsın. O, vətənimizin mərd oğullarından biri idi. Onu heç bir zaman unutmayacağıq! Hər zaman olduğu kimi yenə də daima yanınızdayıq”– deyən Q. Paşayeva dəstək və xeyir-dualarından dolayı təşəkkür edib.
Q. Paşayeva daha sonra “Bu ailə hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olan gözəl bir ailədir. Allah hər zaman yardımçıları olsun. Təkrar dəstək və etimadları üçün bir daha təşəkkürlər!”-deyə, bildirib.
Etikxeber.az