Qənirə Paşayeva Prezidentin köməkçisi ilə-GÖRÜŞDƏN DANIŞDI – FOTO

Çox önəmli görüş,səmimi və açıq müzakirələr üçün hörmətli Anar müəllimə çox təşəkkür edirəm. Bu cür vacib və önəmli müzakirələrin çox faydalı olduğunu düşünürəm. İnsanlarımızı düşündürən, maraqlandıran və narahat edən bir çox məsələlər geniş müzakirə olundu. Əslində bu görüş cənab Prezidentin cəmiyyətin, ziyalıların fikir, düşüncə və təkliflərinə nə qədər böyük önəm verdiyinin və idarəçilik sistemində son dövrlər aparılan islahatların nə qədər əhəmiyyətli olduğunun bir göstəricisidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Qənirə Paşayeva Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşü barədə fikirlərini açıqlayarkən bildirib.

Qeyd edib ki, ölkəmizi açıq və gizli düşmənlərdən daha güclü qorumaq, inkişafımız və təhlükəsizlik üçün dövlətimizin inkişafını düşünən bütün sağlam qüvvələrin birgə səylərinin gücləndirilməsi çox vacibdir.

“Bu müzakirələrin davamlı olacağına və ən əsası çox faydalı olacağına inanaraq cənab Prezidentimizə təşəkkür edirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib…”-NİCAT MÜSLÜMOV

Read Next

Millət vəkili fəaliyyət dövrünə dair hesabat təqdim etdi-NƏ İŞLƏR GÖRDÜYÜNÜ AÇIQLADI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir