Qənirə Paşayeva son həftədə 300-ə yaxın vətəndaşla online qaydada görüntülü danışdı, onların müraciətlərini-DİNLƏDİ VƏ…

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 300-ə yaxın vətəndaşla online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Etikxeber.az-ın xəbərinə görə, eyni zamanda Q.Paşayevanın köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib.

Millət vəkili həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib.

Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.

Aliment ala bilməyən qadınlardan gələn müraciətlərin sayının ciddi narahatlıq doğuracaq dərəcədə artması nəticəsində məlum olub ki, cəmiyyətdə problem hələ də geniş vüsət alır.

Məsələdən ciddi narahatlıq yaşayan millət vəkili bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və məsələnin həlli istiqamətində görülən işlərin sürətlənməli olduğunu bildirib.

Vətəndaşlarla online müzakirələr zamanı millət vəkili vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

Millət vəkili eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

Etikxeber.az

Read Previous

Bakıda daha bir ekspres xətti fəaliyyətə başlayır-BNA

Read Next

FHN iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası barədə-MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir